Dəyişən cərəyan körpüsü
Bir neçə kHs tezliklərdə ölçülən müqavimətin modulunu və itki bucağını təyin etmək üçün şəkil 11.7 – də göstərilən körpü sxemlərindən istifadə olunur:
Şəkil 11.7. Müxtəlif variantlı dəyişən cərəyan körpüləri
Bu körpülərdə tarazlıq şərti sabit cərəyan körpüsündə olduğu kimidir: yəni qarşı çiyinlərin müqavimətlərinin hasilləri bir- birinə bərabərdir. Belə ki, tam müqavimət
Z= | Z | ejφ ( 11.5 )
olduğu üçün tarazlıq şərti modul şərtinə və bucaq şərtinə ayrılır. Modul şərtində qarşı çiyinlərin müqavimətlərinin hasilləri bir- birinə bərabərdir. Bucaq şərtində qarşı çiyinlərin bucaq qiymətlərinin cəbri cəmi bir - birinə bərabərdir. Beləliklə, dəyişən cərəyan körpüsünü tarazlaşdırmaq üçün modula və bucağa görə (yəni aktiv və reaktiv toplananlara görə) iki tənzimləmə aparılmalıdır. Reaktiv element kimi adətən tutumlar mağazasından istifadə olunur. Tutumlar mağazasının sxemə qoşulması elə olmalıdır ki, bucaq şərti təmin olunsun: induktiv xarakterli müqaviməti ölçmək üçün Zx çiyninin qarşısındakı əks çiynə qoşulmalıdır, tutum xarakterli müqaviməti ölçdükdə qarışıq çiyinlərə qoşulmalıdır. Bərabərlik şərtindən aşağıdakı hesabat düsturları alınır:
Maksvell sxemi üçün ( şəkil 11.7 a )
RX = R2 R4 / R3 LX = R2R4C3 tgφX = ω R3C3
( 11.6 )
Xey sxemi üçün ( şəkil 11.7 b )
RX = R2R4 / R3 · ( ω R3 C3 )2 / 1+ ( ω R3 C3 )2
LX = R2R4C3 / 1+( ω R3C3 )2 tg φx = 1 / ω R3C3
( 11.7 )
Soti sxemi üçün ( şəkil 11.7 c )
RX = R4 / R2 · R3 / 1+( ωR3 C3 )2
CX = R2 / R4 ( C3+1 / ω2 R32 C3 ) tgφx = ωR3C3
( 11.8 )
Vin sxemi üçün ( şəkil 11.7 ç )
RX = R3R4 / R2 CX = C3R2 / R4 tgφX = 1 /ω R3C3 ( 11.9 )
Qeyd etmək lazımdır ki, yuxarıdakı düstürlar o zaman tətbiq olunur ki, ölçülən kompleks müqavimət ardıcıl qoşulmuş aktiv və reaktiv müqavimətlərdən ibarət olsun. Onların paralel qoşulduğu hal üçün başqa düsturlardan istifadə olunur. Belə körpü sxemlərində göstərici kimi telefon və yaxud detektorla birlikdə maqnitoelektrik cihaz istifadə oluna bilər.
5 kHs – dən yuxarı tezliklərdə ölçmə apardıqda körpü sxemlərinin diqqətlə ekranlaşması zərurəti yaranır, çünki belə tezliklərdə parazit tutumlar ölçmənin nəticəsinə böyük təsir göstərir. Yüksək tezliklərdə ölçmə diferensial körpülərdən istifadə edilməklə aparılır. Diferensial körpü vasitəsilə induktiv və tutum xarakterli müqavimətlər ölçülür. Burada əsas element yüksək dərəcədə simmetrik sarğılara malik olan diferensial transformatordur. Dəqiq tutumların və rezistorların köməyilə körpünün tarazlığı ( 0 tarazlıq ) tənzim edilir. 0 tarazlığı yoxlanıldıqdan sonra bunun sayəsində parazit tutumların təsiri azalır və ölçməyə başlamaq mümkündür. Diferensial körpüdə GQ göstərici qurğu kimi səviyyə göstəricisi, ossilloqraf və yaxud detektorla birlikdə qoşulmuş telefondan istifadə edilir. Diferensial körpünün sxemi şəkil 11.8 – də göstərilmişdir:
Dostları ilə paylaş: |