Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 11.8. Diferensial körpünün sxemi



Yüklə 1,11 Mb.
səhifə53/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   99
Şəkil 11.8. Diferensial körpünün sxemi

I, II və III, IV sarğıları elə dəqiqliklə yerinə yetirilir ki, körpünün tarazlıq şərtində ZAB = ZCD olduqda I və II sarğılardakı cərəyanın təsirindən cihazın göstərişi 0 - a yaxınlaşsın.



Torpaqlama müqavimətinin ölçülməsi

Rabitə müəssisələrində və istehsalat sahələrində işçiləri gərginlik altına düşmə təhlükəsindən, rabitə avadanlığını və xəttləri xarici elektromaqnit sahələrinin təsirindən qorumaq üçün torpaqlamadan istifadə edilir. Torpaqlama torpaqlayıcı və onları elektrik avadanlığı ilə birləşdirən naqillərdən ibarət qurğudur. Torpaqlayıcı metal naqil və ya müxtəlif formalı keçirici ( boru, künc dəmiri, şin, məftil və s. ) olmaqla müəyyən elektrik kontakt müqaviməti yaradır.

Torpaqlama müqaviməti naqillərlə torpaq arasında elektrik kontakt müqavimətinin cəmidir. Yerinə yetirdiyi funksiyadan asılı olaraq torpaqlama işçi, qoruyucu və ölçü torpaqlama növlərinə bölünür. İşçi torpaqlama simli rabitənin avadanlığını torpaqla birləşdirən torpaqlayıcı qurğudur. Burada torpaqdan elektrik dövrəsinin keçirici naqili kimi istifadə olunur. Qoruyucu torpaqlama ildırım ötürən, kabellərin örtüyünü, güc qurğularının metal hissələrini, simli rabitə qurğularını, işçi cərəyan daşıyıcılarını torpaqla birləşdirən qurğu olub, işçilərin həyatını, xətt və avadanlığı qorumaq üçün istifadə olunur. Ölçü torpaqlaması köməkçi torpaqlama olub, naqilli rabitə avadanlıqlarında işçi və müdafiə torpaqlamalarına nəzarət etmək və ölçmə aparmaq üçün istifadə olunur.

Torpaqlama müqaviməti ildə 2 dəfə ( yay və qış mövsü­mün­də) ölçülür və xüsusi jurnalda qeyd olunur.

Torpaqlama müqavimətinin qiyməti stansiyanın tutumundan asılıdır və aşağıdakı normaları vardır: elektron ATS – lər üçün işçi torpaqlamanın norma qiyməti 1 Omdan çox olmamalıdır. Müdafiə torpaqlamasının qiyməti 10 Oma qədər, köməkçi torpaqlamanın norma qiyməti 30 Oma qədər olmalıdır.

Ölçmə nəticəsində alınan qiymət normadan çox olduqda onu süni şəkildə normaya salırlar, yəni torpaqlayıcı elektrodun ətrafı kimyəvi surətdə dəyişdirilir. Onun ətrafına su, duz, turşu, kömür qırıntısı və s. əlavə olunur. Əgər bu üsulla torpaqlama müqaviməti normaya düşməzsə, basdırılan elektrodların sayını artırırlar.

Torpaqlama müqavimətini ölçmək üçün aşağıdakı üsullardan istifadə olunur:


  • Voltmetr - ampermetr üsulu

  • Üç cəm üsulu.

  • Əvəzetmə üsulu.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin