Şəkil 11.12. M – 416 cihazı ilə ölçmə aparılması
Ölçməni birinci diapazonda, çeviricini “x1” vəziyyətinə qoymaqla başlayırlar. “Reoxord” dəstəyini fırlatmaqla göstəricinin əqrəbinin 0 – a maksimum yaxınlaşmasına nail olmaq lazımdır. Birinci diapazonda ölçmə aparmaq mümkün olmadıqda, sonrakı diapazonlara keçməklə bunu etmək olar. Ölçmənin nəticəsini hesablamaq üçün “Reoxord”un şkalasının göstərişini çeviricinin vəziyyətindən asılı olaraq vurğu işarəsinin qarşısındakı rəqəmə vurmaq lazımdır.
Bu cihaz qurğuların aktiv müqavimətlərini, torpaqlama müqavimətini və torpağın öz müqavimətini ölçmək üçün istifadə olunur. Cihaz 0,1 – 1000 Om hüdudunda 0,1 – 10 Om; 0,5 – 500 Om; 2 – 200 Om və 1000 Om diapazonlarında ölçmə aparır. Ölçmə xətası ± 0,5% - dir. M – 416 cihazı kanalda səs – küy və maneə olduğu halda da işləyir və - 25° C - dən + 60° C temperaturda 95% rütubətlikdə ölçmə apara bilir. Cihazın qida mənbəyi 3 ədəd 4,5 V elementdir. Tələb etdiyi cərəyanın qiyməti 90 mA - dir.
Dostları ilə paylaş: |