Şəkil 12.2. Psofometrin qoşulma sxemləri
Şəkil 12.2 a – da birbaşa yük müqavimətinə qoşulan sxem üzrə ölçmə son stansiyada aparılır. Bu halda cihazın daxili müqaviməti yüksək olduğu üçün kanalın yük müqaviməti 600 Om götürülür. Bu sxemin çatışmayan cəhəti onun yalnız kiçik məsafələrdə istifadə oluna bilməsidir. Rabitə xətti uzun olduqda ölçmə razılaşdırılmış transformator sxemi üzrə həyata keçirilir ( şəkil 12.2 b ). Bu sxemdə kanalın yük müqaviməti 600 Omdan fərqli götürülür. Psofometr 600 Omluq giriş müqavimətinə malik olmaqla kanalın çıxışına transformator vasitəsilə qoşulur. Kanal transformatorun daxili müqavimətinə bərabər olan yük müqavimətinə malikdir.
Kanalda maneənin səviyyəsi maneə mənbələrinin iş rejimindən asılı olaraq dəyişir. Bu səbəbdən kanalda küyün səviyyəsi mütəmadi olaraq ölçülməli və küy əmsalı təyin olunmalıdır. Çünki, kanalda maneə siqnallarının səviyyəsi normadan artıq olduqda kanalın qorunması azalır və nəticədə rabitənin keyfiyyəti aşağı düşür.
Dostları ilə paylaş: |