Şəkil 13.4. İzolyasiya müqavimətinin ölçülməsi
Meqommetrin x1 və x2 sıxaclarına naqilin ucları qoşulur və ölçmə aparılır. Cihazın iş prinsipi şəkil 13.5 – də göstərilmişdir:
Şəkil 13.5. Ardıcıl sxemli meqommetr
Cihaz MΏ həssas ölçü mexanizmindən, E cərəyan mənbəyindən, R dəyişən müqavimətdən, düymədən və Rəlavə əlavə müqavimətdən ibarətdir. Meqommetrin belə sxemi ardıcıl sxem adlanır. Ölçmədən əvvəl düymə basılır və R müqaviməti vasitəsilə cihazın əqrəbi şkalanın kalibrlənmiş qiymətinə qoyulur. Cihazı ölçülən obyektə qoşduqda ( düymə açıqdır ) ölçü mexanizmindən I = U / (Rdax + Rəlavə + Rx ) cərəyanı axır. Burada U şkalanın kalibrlənmiş qiymətinə uyğun gərginlik, Rdax ölçü mexanizminin daxili müqaviməti, Rx ölçülən izolyasiya müqavimətidir. Rdax və Rəlavə dəyişmədiyinə görə cihazın göstərişi Rx müqavimətinə uyğun olacaqdır. İzolyasiya müqavimətinin daha böyük qiymətlərini ölçmək üçün meqommetrin sxeminə sabit cərəyan gücləndiricisi əlavə olunur. Belə meqommetrlər elektron meqommetr adlanır
( şəkil 13.6 ):
Dostları ilə paylaş: |