Təsir sönməsinin ölçülməsi
Təsir sönməsi xəttin girişinə verilən gücün onun çıxışına qoşulmuş yükdə ayrılan gücə nisbətinin loqarifmidir:
( 14.8 )
Təsir sönməsini ölçmək üçün dördqütblünün Zyük yük müqavimətini generatorun çıxışına qoşub onun üzərində ayrılan P1 gücü ölçülür və sonra generatoru dördqütblünün girişinə, yük müqavimətini isə dördqütblünün çıxışına qoşub, üzərində ayrılan P2 gücü ölçülərsə, onların nisbətinin loqarifmindən alınan kəmiyyət hesablanır ( şəkil 14.1 ).
Şəkil 14.1. Dövrədə təsir sönməsinin ölçülməsi sxemi
Ölçmə apardıqda generatora qoşulmuş məlum yük müqaviməti Zyük üzərindəki Uyük ölçülüb P1 gücü tapılır ( şəkil 14.1 a ), sonra isə həmin yük müqavimətini dördqütblünün çıxışına qoşub Uyük gərginliyi ölçülür və P2 gücü tapılır ( şəkil 14.1 b ). P1 və P2 vasitəsilə ( 14.8 ) düsturuna əsasən at təsir sönməsi hesablanır:
( 14.9 )
Dostları ilə paylaş: |