Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


İşçi sönmə və işçi güclənmənin ölçülməsi



Yüklə 1,11 Mb.
səhifə73/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   99
İşçi sönmə və işçi güclənmənin ölçülməsi

İşçi sönmə verilmiş işçi şəraitdə xəttin iş rejimini təyin edir. İstifadə olunan ötürmə sistemlərində dövrənin dalğa müqavimətinin stansiya avadanlıqlarının müqavimətləri ilə razılaşdırılması rejimini bütün tezlik diapazonunda təmin etmək praktik olaraq mümkün deyildir. Müqavimətlərin razılaşdırılmaması səbəbindən ötürülən siqnalların gücünün əlavə itkisi baş verir. Razılaşdırılmış rejimdən fərqli olaraq belə rejim işçi rejim və bu zaman elektrik siqnalının məruz qaldığı sönmə işçi sönmə adlanır. İşçi rejim dördqütblünün girişinə təsir edən generatorun Z1 müqaviməti və onun çıxışına qoşulmuş Z2 yük müqaviməti ilə xarakterizə olunur. İşçi sönmə a dedikdə P1 və P2 güclərinin müqayisəsinin nəticəsi nəzərdə tutulur. P1 müəyyən E elektrik hərəkət qüvvəsinə və müəyyən Z1 daxili müqavimətinə malik generatora birbaşa qoşulmuş razılaşdırılmış yükdə ayrılmış gücdür ( şəkil 14.2 a ). P2 həmin generatorun girişə qoşulması zamanı dördqütblünün verilmiş Z2 yükündə alınan gücdür ( şəkil 14.2 b ).






Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin