Şəkil 5.3. Sönmə mağazasında rezistorların birləşmə sxemləri: a) T şəkilli, b) H şəkilli c) П şəkilli ç) körpü
d) T şəkilli örtülü e) T şəkilli simmetrik
Sönmə mağazasının manqalarının sayı 3 - dən artıq birləşdirilmir. Əks halda müqavimətin qiyməti çoxalır və siqnalın ötürülməsi çətinləşir. Sönmə mağazası ayrıca cihaz şəklində və ya avadanlığın tərkibində olur.
Köməkçi qurğular
İstehsalatda ölçməni asanlaşdırmaq üçün köməkçi qurğulardan istifadə olunur. Bu qurğular aşağıdakılardır:
Gərginlik bölücüləri. Aktiv müqavimətlərdən, tutumlardan və induktivliklərdan yığılır. Sxemlərinə görə paralel və ardıcıl olurlar. Bölücülərdən kiçik güc tələb edən sxemləri qidalandırmaq üçün istifadə etmək olur. Gərginlik bölücülərinin prinsipial sxemləri şəkil 5.4 – də göstərilmişdir:
Dostları ilə paylaş: |