Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat



Yüklə 1,11 Mb.
səhifə21/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   99
Kombinə edilmiş tester cihazı

Kombinə edilmiş tester cihazı sabit və dəyişən cərəyan döv­rələrində cərəyan şiddətini, gərginliyi və sabit cərəyanın müqavimətini ölçmək üçün nəzərdə tutulmuşdur. Məsələn Ц 4317 cihazı ilə sabit cərəyanın gərginliyini 100 mV- dan 1000 V- dək, dəyişən cərəyanın gərginliyini 0,5 V- dan 1000 V- dək, sabit cərəyanın şiddətini 50 mkA- dən 5 A-dək, dəyişən cərəyanın şiddətini 0,25 A- dən 5 A- dək, dövrə hissəsindəki elementlərin müqavimətini 200 Omdan 3 MOmadək, dəyişən gərginliyin nisbi səviyyəsini -5 dB-dən +10 dB-dək ölçmək mümkündür. Cihazın iş prinsipinin əsasını cərəyan şiddətini və gərginliyi ölçdükdə ölçmə növündən asılı olaraq çeviricini sabit cərəyanla ölçmə apardıqda “-”, dəyişən cərəyanla ölçmə apardıqda “~” vəziyyətinə qoymaqla müvafiq ölçmələri aparmaq lazımdır. Müqaviməti ölçmək üçün ölçmə növünün çeviricisini “rx” , ölçmə həddinin çeviricisini ölçüləcək müqavimətin gözlənilə bilən həddi vəziyyətinə qoymaqla naqillərin uclarını ölçüləcək elementlərin sonluqlarına toxundurmaq yolu ilə ölçmə aparılır. Yüksək omlu müqavimətləri ölçmək üçün ölçmə həddinin çeviricisini “k Ω” və “M Ω” vəziyyətinə qoymaqla ölçmə aparılır. Bu cihaz vasitəsilə elektrik dövrələrinin bütövlüyünün yoxlanması da mümkündür.




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin