Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 6.5 Selektiv ( seçici ) səviyyə göstəricisinin struktur sxemi



Yüklə 1,11 Mb.
səhifə25/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   99
Şəkil 6.5 Selektiv ( seçici ) səviyyə göstəricisinin struktur sxemi

ÖLÇÜ GENERATORLARI

Generatorların növləri və onlara qoyulan tələblər

Ölçü generatorları - sabit cərəyan mənbəyi enerjisini də­yişən cərəyan enerjisinə çevirən ikiqütblüyə deyilir. Generatorlar dəyişən cərəyan mənbələri olaraq rabitə texni­kasında müxtəlif formalı siqnallar, müxtəlif tezliklər və müxtəlif gərginliklər yaratmaq üçün istifadə olunur. Generatorun vəzifəsi ölçü siqnallarını formalaşdırmaqdır.

Generatorlar hasil etdiyi siqnalın formasına, tezlik diapazonuna və çıxış siqnalının səviyyəsinə görə bir – birindən fərqlənirlər. Ölçü generatorları rabitə texnikasında işlənən bütün elektromaqnit rəqs tezliyi diapazonunda lazımi formalı rəqslərin yaradılmasını təmin edir. Lakin elektromaqnit rəqs tezliyi diapazonu çox böyük olduğundan ( infraalçaq tezliklərdən millimetrik dalğa diapazonu tezliklərinə qədər ) ölçü generatorları nisbətən kiçik zolaqlı olurlar. Ölçü genera­tor­ları müəyyən diapazona malikdirlər. Generatorun ölçmə diapa­zonu elektromaqnit rəqs diapazonunun kiçik bir hissəsini təşkil edir. Ümumiyyətlə, generatorlar elə hazırlanırlar ki, onların diapazonlarının cəmi elektromaqnit rəqs diapazonunu əhatə edir. Diapazonuna görə ölçü generatorları aşağıdakı­lardan ibarətdir: infraalçaq tezlik generatorları, səs tezlik generatorları, alçaq tezlik generatorları, yüksək tezlik genera­torları, ultrayüksək tezlik generatorları, ifrat yüksək tezlik generatorları, millimetrik dalğa diapazonu generatorları, sabit cərəyan generatorları, küy generatorları və s.

Ölçü generatorlarına tez­liyin dəqiq tənzimlənməsinə, alınan siqnalın və gücün stabil­li­yinə, quruluşuna, rütubətə, istiliyə, silkələnməyə qarşı davam­lılığına və s. görə xüsusi təlabatlar qoyulur.

Ölçü generatorlarının yaratdığı siqnallar formasına görə sinusoidal, düzbucaqlı, mişarvari, impulsşəkilli və xüsusi formalı olurlar.

İş prinsipinə görə generatorlar 3 növə : RC tipli, LC tipli və döyünmə üsullu generatorlara bölünürlər. Ölçü generatorunda rəqsləri yaratmaq üçün gücləndiricinin çıxışından onun girişinə müsbət əks rabitə əlaqəsi yaradılır. Bu məqsədlə əks əlaqə dövrəsində rəqs konturundan yaxud LC və RC elementlərindən ibarət süzgəclərdən istifadə olunur. LC tipli generatorlarda tezliyi n dəfə dəyişmək üçün L və C – nin qiymətini n2 dəfə dəyişmək lazım olduğundan səs və ultrasəs diapazonlu tezlikləri örtmək üçün RC tipli generatordan istifadə edilir. RC tipli generatorun sxemi şəkil 7.1 – də göstərilmişdir:






Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin