Müasir dövrdə rabitə texnikasında ölçmələrin avtomatlaşdırılması məsələsinə böyük əhəmiyyət verilir. Bu əsasən geniş tezlik spektrində tezlik xarakteristikasının çıxarılması zamanı çoxsaylı ölçmələr aparılarkən nəzərə alınır. Nəticədə
Avtomatlaşdırılmış qurğuların quruluşu çox mürəkkəb, maya dəyəri bahadır. Ölçmələrin avtomatlaşdırılması prosesini həyata keçirərkən tezlik sintezatorlarından geniş istifadə olunur. Müasir tezlik sintezatorları amplituda və tezliyin proqramla dəyişməsini həyata keçirən çox funksiyalı və geniş diapazonlu cihazlardır. Tezlik sintezatorları müxtəlif tezlik diapazonlarında tezliyə görə stabil siqnallar formalaşdırır. Tezlik sintezatorlarında çıxış siqnalının tezliyinin formalaşdırıcısı kimi yüksək stabil kvars generatorundan istifadə olunur. Bu siqalların parametrlərini idarəetmə orqanlarını məsafədən idarə etməklə dəyişmək mümkündür. Tezlik sintezatorlarının struktur sxemi şəkil 7.3 – də göstərilmişdir: