Şəkil 8.2. Lissaju fiqurları
Lissaju fiqurları – qarşılıqlı perpendikulyar olan iki harmonik rəqsin əvəzləyicisinin cızdığı qapalı trayektoriyadır. Onları ilk dəfə fransız alimi J. Lissaju
( 1822 – 1880 ) öyrənmiş və onun şərəfinə adlandırılmışdır.
Lissaju fiqurlarının forması rəqslərin dövrü, fazası və amplitudası arasındakı münasibətdən asılıdır. Fazalar fərqi və , amplitudlar müxtəlif, dövrlər isə bərabər olduqda əvəzləyici hərəkət ellips boyunca, fazalar fərqi 0 və π, amplitudlar müxtəlif olduqda koordinat başlanğıcından keçən düz xətt boyunca, fazalar fərqi və amplitudlar bərabər olduqda isə çevrə boyunca olur. Dövrləri, amplitudları və başlanğıc fazaları müxtəlif olan rəqslərin əvəzləyicisinin trayektoriyası daha mürəkkəbdir.
Ölçmə texnikasında Lissaju fiqurlarından ossilloqrafın ekranından müşahidə etməklə tezliyin və faza fərqinin ölçülməsində istifadə olunur.
Dostları ilə paylaş: |