Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Ossilloqrafda təsvirlərin açılış növləri



Yüklə 1,11 Mb.
səhifə33/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   99
Ossilloqrafda təsvirlərin açılış növləri

Rabitə texnikasında elektrik siqnallarının analizi 2 metod vasitəsilə həyata keçirilir: zaman ( müddətli ) və spektral analiz. Müddətli analizin məqsədi siqnalın parametrlərinin zamandan asılılıq qrafikini ossiloqramma şəkilində çıxarmaqdır. Belə tədqiqatlar və müşahidələr bir neçə mikrosaniyədən bir neçə sutkaya qədər davam edə bilər. Siqnalın parametrlərinin zamandan asılılığını müşahidə etmək, parametrləri ölçmək və nəticəni qeyd etmək üçün ossilloqraflardan istifadə edilir.

Spektral analizin məqsədi siqnalın spektrinin müəyyən edil­məsidir. Siqnalın təhrifləri tədqiq olunan zaman ölçmə nəticəsində alınan amplitud və tezlik qiymətlərinin spektri giriş siqnalının spektri ilə müqayisə olunur.

Siqnalın parametrlərini ölçmək üçün ossilloqrafın ekranında müxtəlif açılış növlərindən istifadə olunur. Elektron – şüa ossilloqraflarında açılış adətən x meyletmə lövhələrinə qoşulmuş kənar gərginlik mənbələri tərəfindən yaradılır. Ümumi halda açılış siqnalının gərginliyinin forması müxtəlif ola bilər. Lakin tədqiq olunan parametrlərdən asılı olaraq prosesə uyğun açılış forması seçilir. Rabitə texnikasında çox vaxt xətti, sinusoidal, dairəvi və spiral açılış növləri istifadə olunur. Bu açılış növləri siqnalın tezliyini, fazasını, zaman intervalını və digər parametrlərini ölçdükdə istifadə olunur.




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin