Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat



Yüklə 1,11 Mb.
səhifə37/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   99
Şəkil 8.5. Spiral açılış

Ossilloqraf vasitəsilə kiçik qiymətli siqnallar tədqiq olunur. Gər­ginlik və cərəyanın ölçülmə dəqiqliyi çox böyük deyildir. Əksər hallarda bu cür ölçmələrdən köməkçi ölçmələr kimi istifadə edilir. Ossilloqraf vasitəsilə elektrik siqnalının tezliyi və faza­sının ölçülməsi geniş tətbiq olunur. Tezliyin ölçülməsi ölçülən siq­nalın etalon tezlikli siqnalla müqayisə olunması yolu ilə aparılır.



Siqnalların tezlikləri haqqında anlayış

Rabitə kanalları və qurğuları yoxlandıqda və onların istis­marı zamanı siqnalın tezliyi ölçülür. Elektrik siqnalının tezliyini bütün hallarda geniş diapazonda ölçmək və nəzarətdə saxlamaq tələb olunur. Tezlik dedikdə vahid zamanda dəyişən cərəyan şiddətinin, elektrik sahə­sinin intensivliyinin, maqnit induksiyasının dəyişmə dövrləri sayı nəzərdə tutulur. Harmonik rəqslər üçün f = 1 / T . Burada T bir tam rəqsə sərf olunan zaman müddəti olub, rəqsin periodu adlanır. Tezliyin ölçü vahidi Hersdir. Siqnalın tezliyini ölçməzdən əvvəl onun hansı tezlik diapazonuna daxil olduğunu bilmək lazımdır. Ra­bitə texnikasında, radio və televiziya yayımında istifadə olunan tezlik spektri sənaye tezliyini çıxmaq şərtilə əsasən aşağıdakı diapazonlara bölünür:

Ən alçaq tezlik 30 kHs – dən aşağı

Alçaq tezlik 30 kHs – dən 300 kHs – dək

Orta tezlik 300 kHs – dən 3000 kHs – dək

Yüksək tezlik 3 MHs – dən 30MHs – dək

Ən yüksək tezlik 30MHs – dən 300MHs – dək

Ultrayüksək tezlik 300MHs – dən 3000MHs – dək

İfrat yüksək tezlik 3QHs – dən 30QHs – dək

30QHs – dən böyük olan tezliklər də vardır ki, bu da milli­metrik dalğa diapazonuna uyğun tezliklərdir.

Elektrik rabitə texnikasında ölçmələr apardıqda rabitə qurğusunun işlədiyi tezlik diapazonuna uyğun cihaz seçilir.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin