Şəkil 10.5. Ekranda işıqlı qövsün alınması
İşıqlı ştrixlərin ( qırıq xəttlərin ) sayı
k = fx ( 10.6 )
f0
olacaqdır. Əgər fx < f0 olarsa, tezliklərin mənbələrinin yeri dəyişdirilir. Bu üsulda ölçmənin dəqiqliyi praktik olaraq nümunəvi generatorun dəqiqlik sinfindən asılıdır.
Lissaju fiqurları tezliklərin 1:5 nisbətindən 5:1 nisbətinə qədər təyin etməyə imkan verir. Dairəvi açılışda isə bu nisbətlər 1:1 – dən 20:1 - ə qədər ola bilər. Bu üsuldan orta tezlikləri ölçmək üçün istifadə olunur.
Yüksək tezliklərin ölçülməsi
Yüksək tezliklərin ölçülməsi üçün aşağıdakı ölçmə üsullarından istifadə olunur:
rezonans üsulu;
elektron üsulu.
Rezonans üsulu. Bu üsulun iş prinsipi paralel konturda cərəyanlar rezonansına əsaslanır. Yəni XL = XC götürüldükdə tezliyin qiyməti aşağıdakı düsturla hesablanır:
( 10.7 )
Düsturdan görünür ki, tezliyin qiyməti L və C – dən asılıdır. Ölçmə şəkil 10.6 – da göstərilən sxem üzrə aparılır:
Dostları ilə paylaş: |