Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Fiziki kəmiyyətlər və onların ölçü vahidləri



Yüklə 1,11 Mb.
səhifə5/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   99
Fiziki kəmiyyətlər və onların ölçü vahidləri

Fiziki kəmiyyət sistemin halını xarakterizə edir. Fiziki kəmiyyət dedikdə bir çox fiziki obyektlər üçün keyfiyyətcə ümumi, kəmiyyətcə isə hər bir obyekt üçün fərdi olan xüsusiyyət başa düşülür. Obyekt və proseslərin halını xarakterizə etmək üçün müx­təlif fiziki kəmiyyətlərin ölçülməsi vacibdir. Fiziki kəmiyyətin ölçülməsi onun qiymətinin xüsusi texniki vasitələrin köməyi ilə təyin edil­məsidir. Ölçmə nəticələri ölçülən kəmiyyətin ölçü vahidi ilə ifadə olunur.

Fiziki kəmiyyətin ölçü vahidi onun qəbul olunmuş və qanu­niləşdirilmiş müəyyən miqdarıdır. Kəmiyyətlərin ölçülməsi bey­nəlxalq səviyyədə ümumi vahidlər sisteminin olmasını tələb edir.

Əvvəllər də müxtəlif variantlarda vahidlər sistemi mövcud olmuşdur. Məs: metr, qram, saniyə SQS ( san­timetr, qram, saniyə ) sistemi kimi qəbul edilmiş, lakin son­ralar MKS ( metr, kiloqram, saniyə ) sistemi ilə əvəz olun­muş­dur. 1832 - ci ildə Karl Qauss uzunluq, güc, kütlə, zaman vahidlərindən ibarət ilk dəfə olaraq vahidlər yığımını tərtib etmişdir. 1851- ci ildə isə Vilhelm Veber bütün elektrik vahidlərinin sistemini yarat­mışdır və həmin sistem müasir elektrik vahidləri sisteminin əsasını təşkil edir. 1960 - cı ildə ölçü və çəkilərə aid XI konfrans beynəlxalq vahidlər sisteminin - yaradılması haqqında qərar qəbul etdi.



Sİ sistemi özündə bütün ölçü vahidlərini birləşdirmişdir. Bu sistemə əsasən ölçü vahidləri əsas və törəmə ölçü vahidlərinə bölünürlər. Əsas və törəmə ölçü vahidləri aşağıdakı cədvəllərdə göstərilmişdir.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin