Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 13.3. Şleyf müqavimətinin ölçülməsi sxemi



Yüklə 1,11 Mb.
səhifə63/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   99
Şəkil 13.3. Şleyf müqavimətinin ölçülməsi sxemi

Burada R1 və R2 nümunəvi çiyinlər, Rm müqavimətlər mağazasından yığılmış müqayisə çiynidir. Ölçmə vaxtı Rm vasitəsilə körpü tarazlaşdırılır və tarazlıq şərti aşağıdakı kimi yazılır:

R1 Rm = R2 ( Ra + Rb) ( 13.2 )

Hər iki tərəfi R2 – yə ixtisar etdikdə

(R1 / R2 ) Rm = ( Ra + Rb) ( 13.3 ) olur.

R1 / R2 =n qəbul edildikdə nRm = Rşl ( 13.4 ) alınacaqdır.

n – körpünün tarazlıq əmsalıdır.

n = 1 olduqda Rşl = Rm olacaqdır.

Hər bir ATS üçün şleyf müqavimətinə görə aşağıdakı normalar vardır:


  • ATSK üçün 1000 ÷ 1300 Om

  • EATS üçün 800 ÷ 1000 Om

  • Fiziki xəttlərlə işləyən kənd telefon şəbəkəsi üçün 2000 ÷ 2500 Om

Şleyf müqavimətinin vahid uzunluqda qiyməti kabelin markasından və naqilin diametrindən asılıdır. Kabelin markasından asılı olaraq TPP, TPV tipli simmetrik telefon kabelləri üçün kilometrik şleyf müqavimətinin norma qiymətləri cədvəl 1 - də göstərilmişdir:

Cədvəl 1

Naqilin

diametri


mm

0,32

0,4

0,5

0,7

0,8

0,9

1,0

1,2

Rşl

Om /km


432±26

278±18

180±12

90±6

72,2

57,0

47,0

32,0

2,6 / 9,4 mm koaksial kabellərdə 20° C temperaturda daxili naqilin müqavimətinin norma qiyməti 3,8 Om / km, 1,2 / 4,6 mm kabellərdə 15,85 Om / km – dir. Xarici naqilin müqaviməti müvafiq olaraq 2 və 8 Om / km – dir.

İzolyasiyanın elektrik müqavimətinin ölçülməsi

Izolyasiyanın elektrik müqaviməti izolyatordan keçən sızma cərəyanının qarşılaşdığı müqavimətdir. İzolyator kimi kağız, rezin, polivinil, polietilen, strofleks və başqa material ola bilər. İzolyasiya müqavimətinin qiyməti 100 kOmlarla olduqda sabit cərəyan körpü sxemi, daha yüksək olduqda meqommetr ( qiqaommetr ) cihazı vasitəsilə ölçülür. Kabellərin izolyasiya müqavimətini ölçmək üçün onlarca qiqaoma qədər ölçmə apara bilən meqommetrlər tələb olunur.

İzolyasiya müqaviməti:


  • İki damar arasında Rizab ( şəkil 13.4 a );

  • Hər bir damarla torpaq arasında Rizat ( şəkil 13.4 b );

  • Damarla metal örtüklə ( ekran ) birləşmiş digər damarlar arasında Rizatd ( şəkil 13.4 c ) ölçülür.




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin