Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 13.6. Elektron meqommetrin sxemi



Yüklə 1,11 Mb.
səhifə65/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   99
Şəkil 13.6. Elektron meqommetrin sxemi

Elektron meqommetrlərdən PKP cihazlarında istifadə olunur. Bu cihazlarda izolyasiya müqavimətinin qiymətini ölçmək üçün 100 - 500 V gərginlik tətbiq olunur, bu zaman parazit EHQ - lərinin ölçmə nəticəsinə təsiri aradan qaldırılır. Izolyasiyanın elektrik müqavimətinin ölçülməsi şəkil 13.4 - də göstərilmişdir. Ölçmə sxemi tərtib olunur ( xəttin əks tərəfində damarların ucları açıq vəziyyətdə olmalıdır ), cihaz kalibrlənir və ölçülən müqavimətin qiymətindən asılı olaraq elə ölçmə həddi seçilir ki, meqommetrin əqrəbi şkalanın işçi hissəsində yerləşsin. Ölçmənin nəticəsi meqommetrdən axan cərəyanın 1 dəqiqə müddətində stabilləşməsindən sonra götürülür.

Kabellər üçün izolyasiya müqavimətinin norma qiymətindən və ölçülən dövrənin uzunluğundan asılı olaraq ölçü vahidi kimi kiloom ( kOm ), meqaom ( MOm ), qiqaom ( QOm ) istifadə olunur. İzolyasiya müqavimətinin norma qiymətləri hər bir kabelin növünə görə təyin olunur.

İzolyasiya müqavimətinin norma qiymətləri cədvəl 2 – də göstərilmişdir:



Cədvəl 2

Kabelin tipi

izolyasiya materialı

Riz MOm . km

Riz MOm .km

son qurğu olmadan

son qurğu

Ilə


kənd rabitəsi kabelləri üçün ( PRVPM )




100

25

MKS, TZ

kordel

10000

5000

TPP, TPV

polistrol

5000

1000

T

hava kağız

2000

2000

2,6 / 9,4 mm və 1,2 / 4,6 mm koaksial kabellərdə daxili və xarici naqillər arasında izolyasiya müqaviməti 10000 MOm * km, ekranla xarici naqilin arasında izolyasiya müqaviməti 1 MOm / gücl.mənt. az olmamalıdır.

Hava rabitə xəttləri üçün 1 km uzunluqda olan naqilin izolyasiya müqaviməti hava şəraitindən asılı olmayaraq

2 MOm. km - dan az olmamalıdır. Ölçmə vaxtı alınan qiymət cədvəldəki norma qiyməti ilə tutuşdurulur və rabitə dövrəsi haqqında rəy söylənilir.

İzolyasiya müqaviməti ildə iki dəfə ( mövsümdən asılı olaraq ) ölçülür və xüsusi jurnalda qeyd olunur. Bəzi hallarda naqillər tam qırıldıqda izolyasiya müqavimətini ölçmək üçün köməkçi əlavə naqil götürülür.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin