Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 17.2. Teleölçmə qurğusunun struktur sxemi



Yüklə 1,11 Mb.
səhifə99/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   99
Şəkil 17.2. Teleölçmə qurğusunun struktur sxemi

Teleölçmələr zamanı ölçülən x kəmiyyətinin funksional dəyişmə ardıcıllığına nəzarət olunur. Bu ardıcıllıq verici qurğuda A = φ1 ( x ) kəmiyyətinə çevrilir. Rabitə kanalının çıxışında kanala təsir edən maneə siqnallarının təsirindən φ1 ( x ) funksiyası dəyişərək qəbuledici qurğuya B = φ2 ( A ) siqnalı formasında daxil olur. B kəmiyyəti qəbuledici qurğuda çevrilib C = φ3 ( B ) kimi ölçmə cihazında qeyd olunur. Beləliklə, çıxış qurğusunun göstərişi ölçülən kəmiyyətin mürəkkəb funksiyasını əks etdirir.



Teleölçmə sistemlərinin tərkibində xüsusi təşkil olunmuş rabitə kanalları, yəni siqnalları ötürmək üçün rabitə xəttləri, xəttlərin başlanğıcında və sonunda verici və qəbuledici qurğulardan ibarət texniki vasitələr yığımı olur. Teleölçmə sistemləri ölçmə informasiyasının rabitə ka­nalları ilə ötürüldüyü informasiya ölçmə sistemidir.

Simmetrik kabellərlə işləyən yüksək tezlikli sistemlərdə teleölçmə qur­ğuları sistemdə kabelin biri zədələndikdə həmin sistemin digər kabelə qoşulmasını təmin edir, xidmət olunmayan gücləndirici məntəqənin işıqlanma, ventilyasiya və çağırış xid­mətlərinin avtomatik qoşulub – açılmasını təmin edir, məntəqənin göstə­rici cihazlarında hər hansı bir dəyişikliyin olması haqqında məlumat alır. Koaksial kabellərlə işləyən rabitə sistemlərində eyni vaxtda 2 müxtəlif xidmət olunmayan gücləndirici məntəqələrdə ölçmə aparmaq məqsədilə müxtəlif yüksək tezlikli sistemlərə 2 idarəetmə siqnalı göndərmək mümkündür. Bu idarəetmə siqnallarından əlavə xidmət olunmayan güclən­dirici məntəqələrindən xidmət olunan gücləndirici məntəqəyə orada olan hər hansı zədələnmələr haqqında məlumat siqnalı daxil edir. Teleölçmələr yaxınlıqda yerləşən xidmət olunan güc­ləndirici məntəqədən avtomatik olaraq aparılır və teleme­xaniki qurğular vasitəsilə dövrənin və sistemin işi haqqında məlumat əldə edilir.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin