Вәһһаби Мәзһәби


Doqquzuncu fəsil Övliyaların tarixi abidələrinə təbərrük etmək və şəfaət istəmək



Yüklə 1,62 Mb.
səhifə18/40
tarix22.10.2017
ölçüsü1,62 Mb.
#9722
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

Doqquzuncu fəsil

Övliyaların tarixi abidələrinə təbərrük etmək və şəfaət istəmək


Vəhhabilər övliyaların tarixi abidələrinə təbərrük etməyi şirk hesab edirlər. Peyğəmbərin minbərini və mehrabını öpən hər bir şəxsi müşrik adlandırırlar. Onlar Peyğəmbərə mehribanlıq nəticəsində onun minbərini və mehrabını öpürlər. Belə olan halda vəhhabilər Yusifin köynəyi barədə nə deyə bilərlər?

“Yusif dedi: Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o, (yenidən) görməyə başlayar.”1

Yəqub Peyğəmbər köynəyi üzünə sürtən kimi, onun gözləri açılır.

“Muştuluqçu gəlib köynəyi (“Yəqubun) üzünə sürtən kimi, onun gözləri açıldı.” 2

Əgər Yəqub peyğəmbər vəhhabilərin gözü önündə bu işi görsəydi, onunla necə rəftar edərdilər? Günahdan və xətadan pak olan Peyğəmbərin əməlini görəsən, necə qələmə verərdilər?

İndi əgər bir nəfər müsəlman Peyğəmbərin qəbrini, məqbərəsini və yaxud imamların qəbrini ehtiram üçün öpüb, təbərrük edərək bu əməldə Yəqub peyğəmbərdən itaət edirsə, nəyə görə belə bir şəxs lənətlənib kafir hesab olunmalıdır?3

Peyğəmbərin həyatı və tarixi ilə yaxından maraqlanan adamlar Peyğəmbərin həyatında səhabələrin onun dəstəmaz suyuna təbərrük etmələrini daha yaxşı bilirlər. Bu haqda Səhih kitablarının ən mötəbər kitabı sayılan “Səhiheyn” (Səhihi-Buxari və Səhihi-Müslim) kitablarına müraciət etməklə kifayətlənirik:

1− Buxari “Hüdeybiyyə sülhü”nün əhvalatında belə yazır”Peyğəmbər (s) dəstəmaz alan zaman səhabələr suyun damcılarının yerə düşməməsi üçün bir-birini qabaqlayırdılar.”4

2− Buxari “Xatəmün-nübüvvət” fəslində Saib ibn Yeziddən nəql edərək, deyir:

“Xalam məni Peyğəmbərin yanına aparıb − “Bacım oğlu xəstədir” −deyərək Peyğəmbərə müraciət etdi. Peyğəmbər dəstəmaz aldı və Allahdan mənim üçün uğur istədi. Peyğəmbər dəstəmaz alarkən mən dəstəmaz suyundan içdim.5

3− Buxari “Sifatün-nəbi” fəslində Vəhb ibn Abdullahdan nəql edir:

“Müsəlmanlar Peyğəmbərin əlini tutub üzlərinə sürtürdülər. Mən də o Həzrətn əlini tutub üzümə sürtdüm. Onun əli çox ətirli idi.”6

4− Buxari “Sifatün-nəbi” fəslində nəql edir:

“Peyğəmbər Əbtəhdə (çöl adı) çadırın içində dəstəmaz alırdı. Bilal çadırdan çıxıb camaatı namaza dəvət etdi. Çadırın içinə daxil olub Peyğəmbərin dəstəmaz aldığı suyu bayıra gətirdi. Müsəlmanlar təbərrük üçün bu suya hücum etdilər.”7

5− Müslim öz Səhihində Ənəsdən belə nəql edir:

“Peyğəmbər öz saçını azaldan zaman səhabələr onun ətrafına toplaşırdılar. Peyğəmbərin tükünün hər biri əshabın əlində idi.”8 Bu hədislər səhabənin Peyğəmbərə olan məhəbbətini göstərən bir nümunə idi. Onların Peyğəmbərə, onun tarixi abidələrinə təbərrük etmələrini danışsaq, özü-özündə müstəqil bir kitab alınar. Siz “Səhihi-Buxari” kitabının axırlarında “Cihad”, həmçinin “Peyğəmbərin qəbri, əsası, qılıncı, qabı, möhrü, üzüyü, tükü və kəfəni” fəsillərinə müraciət etsəniz, bu nümunələrin açıq-aşkar şahidi olarsınız.

Bu hədislər vəhhabilərin mədəniyyətlərinin və əqidələrinin əsassız olduğunu sübut edir. Peyğəmbərin qəbrini təbərrük üçün ziyarət edən müsəlmanları vəhhabilər vurmaqla əziyyət edirlər. Peyğəmbərin sağlığında və əsrində yayılan bu əməlin qarşısını almaq istəyirlər. O müqəddəs cənabın tarixi abidələrinə təbərrük etməyin qarşısını almaq vəhhabilərin əsas şüarlarından biridir. Vəhhabilərin Səudi dövləti bunun qarşısını almaq üçün, Peyğəmbərin məzarı kənarında “yaxşılığa dəvət edən və pislikdən çəkindirən” libası geyinmiş məmurlar qoymuşlar. Onlar rəhmsiz və əsəbi halda ziyarət edənlərlə rəftar edirdilər. Çox vaxt bu əziyyətlər nəticəsində bəzi müsəlmanların qanları tökülür, ziyarətçilərə mənəvi və cismani cəhətdən əziyyətlər olunur. Vəhhabilərə görə, qəbri öpüb qəbir sahibinə hörmət etmək “ibadət və haram” sayılır. Bu biçarələr İslam maarifindən uzaq düşdüklərinə görə cənazəyə olunan hər bir hörməti “ibadət” hesab edirlər. Biz gələn fəsildə ibadəti dəqiq və açıq-aşkar tərif edəcəyik. İslamın əvvəlində müsəlmanların rəftar və əməllərindən xəbərdar olsaq, daha yaxşı olar:

1− Peyğəmbərin əziz qızı atası vəfat etdikdən sonra onun qəbri üstünə gəlib bir ovuc torpaq götürdü, üzünə sürtüb ağlayaraq bu iki beyt şeri dedi:

“Nə qədər insan sağdır, daha yaxşı olar ki, bahalı ətirləri iyləmək əvəzinə Əhmədin qəbrinin torpağını iyləsin. Mənim başıma gələn müsibətlər əgər işıqlı və gündüzlü günlərin başına gəlsəydi, əbədi olaraq qaranlığa qərq olardılar.”1

2− Əziz səhabələrdən sayılan Bilal bəzi səbəblərə görə, Mədinəni tərk edib Şam (Suriya) şəhəri ətrafında sərhədləri qoruyurdu. Bir gün yuxuda görür ki, Peyğəmbər ona buyurur:

“Ey Bilal! Bu nə zülmdür. Məgər bizi ziyarət etməyin vaxtı çatmayıbdırmı?”

Bilal həyəcanla yuxudan oyanır və öz miniyinə minib Mədinəyə yola düşür. Peyğəmbərin qəbri kənarına gəlir, üzünü qəbrin torpağına qoyub ağlamağa başlayır. Həsən və Hüseyni orada görüb onları öpür.2

3− Əmirəlmöminin Əli (ə) buyurur:

“Peyğəmbərin dəfnindən üç gün keçmişdi. Bir bədəvi ərəb gəlib özünü Peyğəmbərin qəbri üstünə yıxaraq, torpağı baş-gözünə töküb dedi:

− Ey Allahın Peyğəmbəri! Sən söylədiklərini biz eşitdik. Allahdan öyrəndiyin haqq yolunu bizə öyrətdin. Allahın sənə nazil etdiyi ayələrdən biri də bu ayədir:

“Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər” /Nisa surəsi, 64/.

Mən özümə zülm etmişəm. Mənim üçün Allahdan bağışlanmağımı istə.” O ərəb qəflətən belə bir səs eşitdi:

“Sənin günahların bağışlandı.”

Bu hadisəni bir çox tarix yazanlar nəql ediblər: Səmhudi “Vəfaül-Vəfa” kitabı, c. 2, s. 612; Şeyx Davud Xalidi (1299/ 1879-cu ildə vəfat edib) “Sülhül-Əxvan” kitabında.

4− Hakim öz “Müstədrək”ində belə nəql edir:

Mərvan ibn Həkəm məscidə daxil olarkən bir nəfər kişinin üzünü qəbrin üstünə qoyduğunu görür. Mərvan onun boynundan tutub deyir:

− Sən bilirsən nə edirsən?

O kişi başını qaldıranda Əbu Əyyub Ənsari olduğu məlum olur. Əbu Əyyub Ənsari deyir:

− Mən daşın yanına gəlməmişəm, Peyğəmbərin yanına gəlmişəm. Amma ey Mərvan, Peyğəmbərdən eşitdim ki, buyurur:

“Dinə Allahın saleh bəndələri rəhbərlik etsələr, ağlamayın. Əgər zalımlar rəhbərlik etsələr, onda ağlayın (yəni sən və Əməvi sülalən3)

Bu hədislər Peyğəmbərin qəbrinə təbərrük etməyin tarixi kökü olduğunu isbat edir. Yəni Peyğəmbərin əziz səhabələri həmişə onun şərafətli qəbrinə təbərrük etmişlər. Yalnız təkcə Mərvan ibn Həkəmlərdi ki, həmişə bu işin qarşısını alıblar. Bu haqda, o qədər tarixi hadisələr vardır ki, hamısını söyləməklə söz uzanar. Daha çox məlumat almaq istəyənlər “Təbərrük-səhabə” və “əl-Ğədir” kitabının c. 5. 146-156-cı səhifələrinə müraciət edə bilərlər. Axırda bir məsələni xatırlatmaq istəyirəm:

Bütün bu tarixi hadisələr heç vaxt yalan və əsassız ola bilməz. Əgər yalan və əsassız olduğunu belə fərz etsək, yenə də bizim sözümüz doğrudur. Çünki əgər belə işlər haram və şirk sayılırsa, heç vaxt yalançı tarix yazanlar bu kimi hadisələri İslami şəxsiyyətlərə aid etməzdilər. Çünki yalançılar o zaman yalan danışırlar ki, cəmiyyət bu yalanı qəbul etsin. Heç vaxt şirk, bidət və haram olan əməlləri övliyalara və saleh bəndələrə aid etməzdilər. Əks halda, camaatın müqaviməti və mübarizəsi ilə üzləşə bilərdilər. Nəticədə atdıqları ox daşa dəyərdi və öz hədəflərinə çatmazdılar.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin