Вәһһаби Мәзһәби


İslam tarixi abidələri dinin əsasıdır



Yüklə 1,62 Mb.
səhifə4/40
tarix22.10.2017
ölçüsü1,62 Mb.
#9722
1   2   3   4   5   6   7   8   9   ...   40

İslam tarixi abidələri dinin əsasıdır


Peyğəmbərlərin, xüsusi ilə əziz İslam Peyğəmbərinin (s), onun həyat yoldaşlarının, övladlarının, səhabələrinin və dostlarının yaşadığı mənzilləri, dəfn olunduqları yerləri, ibadət etdikləri məscidləri, tarixi abidə kimi qoruyub saxlamağın çox böyük əhəmiyyəti vardır.

Bu gün Həzrət Məsihin (Həzrət İsa (ə)) doğulduğu gündən iyirmi əsr keçməsinə baxmayaraq, Məsihin özü, anası Məryəm, ona nazil olan “İncil” kitabı Qərbdə tarixi əfsanə kimi formalaşmışdır. Bəzi Şərq ölkələrinin əhalisi Həzrət Məsihə, anası Məryəmə və “İncil”ə şübhə ilə yanaşırdılar. Və bunu “Məcnuni Amiri” və onun məşuqəsi “Leyli”nin əfsanəsinə bənzədirdilər. İnsanlar tarixdə olan əsl həqiqəti nə üçün əfsanəyə oxşadırlar?

Buna görə ki, Həzrət Məsihdən heç bir tarixi əsər və abidə qalmayıb.

Məsələn, əgər Məsihin doğulduğu yer, yaşadığı ev, xristianların əqidəsinə görə dəfn olunduğu yer məlum olsaydı, onun asimani kitabı “İncil” təhrif olunmasaydı (dəyişilməsəydi) və nəhayət, İncildə dördlük2 yaranmasaydı və bu incillərin dördü də onun ölümünə və dəfninə iqrar etsəydi və bütün bunlar qorunub saxlansaydı, onda bu xəyalpərəst və şübhədə qalan insanlar üçün heç bir şəkk-şübhə yeri qalmazdı. Bu səbəbə görə bəzi tədqiqatçılar bu həqiqəti ikinci əsrin ədəbiyyat əsəri kimi adlandırmışlar.

Müsəlmanlar isə cəsarətlə dünyaya üz tutub deyirlər:

Ey insanlar! Min dörd yüz il bundan qabaq bəşərə rəhbərlik etmək üçün Ərəbistan yarımadasından bir şəxs peyğəmbərliyə seçildi. Bu yolda böyük uğurlar qazandı. Onun həyat yolu belə dəyişmədən qorunub saxlanılmışdır. Hətta doğulduğu ev, vəhy nazil olunan Hira dağı, namaz qıldığı məscid, dəfn olunduğu yer, övladlarının, həyat yoldaşlarının, qohumlarının evləri və məzarları olduğu kimi qalır...

İndi, əgər bu tarixi abidələri məhv etsək və bunlardan heç bir əsər-əlamət qalmasa, İslam düşmənləri üçün dini inkar etməyə böyük dəlil tapılar.

Peyğəmbərin (s) və onun pak övladlarının tarixi abidələrini (ev, qəbirlər...) dağıtmaq, viran etmək ehtiramsızlıq olmaqla yanaşı, İslam dininə qarşı mübarizə etmək deməkdir.

İslam Qiyamət gününə kimi bütün yer üzü insanlarının əbədi və həmişəyaşar dinidir. Min ildən sonra gələn nəsillər də bu dinin köklü din olduğuna inanmalıdırlar. Belə bir məqsədi doğrultmaq üçün, dinin köklərini, onun əlamət, nişanə və tarixi abidələrini qoruyub saxlamalıyıq. Bu dinin gələcək əsrlərə ötürülməsi üçün yeni nailiyyətlər əldə etməliyik. Elə bir iş görməliyik ki, İslam Peyğəmbərinin peyğəmbərliyinin aqibəti Həzrət İsanın peyğəmbərliyinin aqibəti kimi olsun. Peyğəmbərin vaxtında yaşayan müsəlmanlar ona dərin məhəbbət bəslədiklərindən onun bütün xüsusiyyətlərini, o cümlədən, üzüyünün, ayaqqabısının, diş fırçasının, qılıncının, hirehinin, nizəsinin, atının, dəvəsinin, qulamının, hətta su içdiyi quyuların, vüquf etdiyi yerlərin nişanə və əlamətlərini, bunlardan daha da üstün, yol getməyinin və yemək yeməyinin tərzini, saqqalının formasını yadda saxlamağa çalışmışlar. İndinin özündə də bunlardan bəzisi qalıb.3

Müsəlman ölkələrini gəzib dolansaq və tarixlərinə nəzər salsaq, görərik ki, qəbri təmir edib saxlamaq qədim adət və ənənə olmaqla yanaşı, bir növ ehtiram əlaməti sayılır. Hal-hazırda bütün İslam ölkələrində peyğəmbərlərin, övliyaların və saleh adamların qəbirləri məzar və məqbərə şəklində qorunub saxlanılır. Çox vaxt bu qəbirlərin üzərində yüksək sənətkarlıq işləri aparılmış və indiyə kimi də qalmaqdadır. Və ora yığılan pullar oranın qorunub saxlanılması üçün sərf edilir...

Vəhhabi məzhəbi yaranmamışdan öncə Nəcd şəhərində (Məkkə-Mədinə) müsəlmanlar övliyaların məzarlar və ziyarətgahlarına böyük hörmət və qayğı göstərirdilər. Alimlərdən heç biri buna irad tutmurdu. Təkcə İranda deyil, bütün müsəlman ölkələrində, o cümlədən Misir, Suriya, İran, Tunis və s-də övliyaların və alimlərin qəbirləri məzar və məqbərə şəklində düzəldilib və müsəlmanlar tərəfindən böyük hörmətə malikdir.

Müsəlmanlar dünyanın hər yerindən dəstə-dəstə bu müqəddəs yerləri ziyarət etməyə gəlirlər.

Bu müqəddəs məkanların xüsusi xadimləri, xidmətçiləri vardır. Bütün bunlardan sonra necə demək olar ki, qəbri təmir etmək haramdır. Belə ki, bu iş İslamın əvvəlindən indiyə kimi “Müsəlmanların davranış və əxlaqı” adı ilə davam etmişdir. Bu hərəkətin kökü Peyğəmbər (s)-ə qayıdır və heç kim tərəfindən buna etiraz olunmayıb (əksinə, bəlkə də bəyənilib).

Bu mətləbin əhəmiyyəti yüksək dərəcədə olduğu üçün hətta “vəhabi” yazıçılarından bir nəfər bunun zəruriliyini etiraf edərək deyir:

“Bu iş bütün Şərq və Qərb ölkələrinə yayılmışdır. Elə bir İslam ölkəsi yoxdur ki, orada qəbir (məqbərə), ziyarətgah olmasın.

Hətta müsəlmanların məscidlərində də bunlar vardır. Bunun haram olması və İslam alimlərinin bunun müqabilində sükut etməsi ağıl tərəfindən qəbul olunası deyildir.”1

Lakin etiraf etməsinə baxmayaraq öz inadkarlığından əl çəkməyərək deyir:

“Bir işin yayılması və alimlərin sükut etməsi həmin işə icazə verilməsini sübut etmir. Əgər alimlərdən bəziləri bu haqda söz deməmişlərsə, sözsüz ki, başqa alimlər buna etiraz etmişlər. Bu da zamanın və mühitin şəraitindən asılıdır.”

Amma bu sözün cavabı çox aydındır. Çünki İslam alimləri yeddi əsr bu əmələ heç bir sözlə etiraz etməyiblər. Onların hamısı bu müddətdə İslamın keşiyində durmuşdularmı? Nəyə görə ikinci xəlifə “Beytül-Müqəddəsi” fəth etdikdən sonra orada olan peyğəmbərlərin qəbir və məqbərələrini viran etmədi? Məgər o da öz zamanının müşriklərinə güzəşt edirdi?

Mədinə alimlərinin verdikləri cavab çox təəccüblüdür. Onlar deyirlər:

“Qəbri tikmək səhih hədislərdə haram olduğuna görə alimlər bunu qadağan etmişlər. Elə buna görə də bir çox alimlər belə qəbirləri dağıtmağa icazə vermişlər.”

Müsəlmanlar əziz Peyğəmbərimizin (s) həyat yoldaşı Ayişəni otağında dəfn etdikləri halda məzar tikməyin haram olmasını necə etiraf etmək olar? Sonra Əbu Bəkr və Ömər təbərrük üçün o Həzrətn yanında dəfn olundular. Ayişənin otağını ortadan iki yerə böldülər. Bir hissəsini onun yaşaması üçün, digər hissəsini isə Peyğəmbər (s) və Şeyxeynin (Əbu Bəkr, Ömər) qəbirləri üçün ayırdılar. Ortadan ayrılan divar Əbdillah ibn Zübeyrin vaxtında ucaldıldı. Sonralar hər dövrün memarlıq xüsusiyyətlərinə görə Peyğəmbərin (s) dəfn olunduğu yer abadlaşır və təmir olunurdu. Xüsusilə də Əməvi və Əbbasi xəlifələrinin vaxtında onun dəfn olunduğu yerə daha çox diqqət yetirilirdi.

Peyğəmbərin (s) qəbrinin üstündə axırıncı abadlıq və tikinti işləri sultan Əbdül-Həmidin vaxtında aparılıb. Bu 1270-ci ildə başlandı və dörd il davam etdi. Siz İslam tarixindən və dövründən Səmhudi əsrinə kimi Peyğəmbərin (s) qəbrinin tikintisi və abadlaşması haqqında məlumat almaq üçün Səmhudinin “Vəfaül-Vəfa”2 kitabını oxuya bilərsiniz. Həmçinin Mədinə şəhərinin tarixinə aid olan kitablardan da, məlumat ala bilərsiniz.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin