Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 24. Vəkillər kollegiyasının vəsaiti



Yüklə 30,79 Kb.
səhifə24/25
tarix05.01.2022
ölçüsü30,79 Kb.
#111701
1   ...   17   18   19   20   21   22   23   24   25
Maddə 24. Vəkillər kollegiyasının vəsaiti

I. Vəkillər kollegiyasının vəsaiti ona daxil olan üzvlük haqqından yaranır. Vəkillik fəaliyyətinin bu Qanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.

II. Vəkillər kollegiyasına daxil olan vəsaitin miqdarı və xərclənməsi qaydası onun Nizamnaməsinə uyğun olaraq müəyyən edilir.

III. Vəkillər kollegiyası hüquqi şəxs kimi qanunda nəzərdə tutulmuş vergi və rüsumların ödənilməsindən azaddır.

Maddə 25. Vəkillərin pensiya təminatı

Vəkillərin pensiya təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.



Maddə 26. Əcnəbilər tərəfindən hüquqi yardımın göstərilməsi

I. Bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər tərəfindən hüquqi yardım göstərilməsi yalnız əcnəbinin mənsub olduğu dövlətin qanunları və ya beynəlxalq hüquq normalarının tətbiqinə dair verilən məsləhət və rəylərlə məhdudlaşır.



II. Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər mülki işlər, cinayət işləriinzibati və iqtisadi mübahisələrə dair işlər, inzibati xətalar haqqında işlər üzrə məhkəmə icraatına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq qarşılıqlı münasibətlər əsasında buraxılır.


Yüklə 30,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin