Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 30,79 Kb.
səhifə9/25
tarix05.01.2022
ölçüsü30,79 Kb.
#111701
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
Maddə 9. Vəkillər kollegiyası

I. Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər kollegiyası fəaliyyət göstərir. Vəkillər kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər.

II. Vəkillər kollegiyası hüquqi şəxsdir.

III. Vəkillər kollegiyasının təşkili və fəaliyyəti bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.



IV. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillər Kollegiyasının orqanlarıdır.

V. Vəkillər kollegiyası aşağıdakı vəzifələri həyata keçirir:



    • bu Qanunun tələblərinə uyğun olaraq kollegiya üzvlüyünə qəbul olunma məsələsini həll edir;

    • bu Qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirir;

    • hüquq-mühafizə orqanlarının və məhkəmələrin tələbi əsasında vəkillik fəaliyyəti ilə bağlı məsələlərə rəy verir;

    • vəkillərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir;

    • bu Qanunun tələblərinə uyğun olaraq başqa məsələləri həll edir.

VI. Naxçıvan Muxtar Respublikasının qanunu ilə Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyası yaradıla bilər. Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibinə daxildir.


Yüklə 30,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin