VəLİyeva nuray kamandar qizi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 19.03 Kb.
tarix27.05.2018
ölçüsü19.03 Kb.

VƏLİYEVA NURAY KAMANDAR QIZI







Filologiya fakültəsi, akademik məsləhətçi (tyutor)

İş telefonu: 012-539-02-12

İmeyl: nuray.xidirova@mail.ru







QISA BİOQRAFİK MƏLUMAT

  • 1989-cu il sentyabrın 1-də Zaqatala rayonunda anadan olub.

  • 1997-2007-ci illərdə Bakı şəhəri Nəsimi rayonu İ.Əfəndiyev adına Elitar Gimnaziyada təhsil alıb.

  • 1999-2003-cü illərdə Bakı şəhəri S.Rüstəmov adına 13 saylı musiqi məktəbinin fortepiano şöbəsində təhsil alıb.

  • 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.

  • 2011-2013-cü illərdə Bakı Dövlət Universitetinin magistratura pilləsində “Türk dilləri” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.

  • 2014-cü ildən Bakı Dövlət Universitetində çalışır.

  • Ailəlidir, bir övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 2014-cü ildən AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun qiyabi doktorantıdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 2014-cü ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi - tyutor vəzifəsində çalışır.

TƏDRİS ETDİYİ FƏNLƏR  

  • ------------

TƏDQİQAT SAHƏSİ

İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR

  • 2012, Bakı, Azərbaycan. BDU-da M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş „Azərbaycan filologiyasının aktual problemləri“ mövzusunda Respublika elmi konfransı.

  • 2012, Bakı, Azərbaycan. BDU-da Böyük şair və dramaturq H.Cavid 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.

  • 2012, Bakı, Azərbaycan. BSU-da Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr ounmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətçünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların XI Respublika elmi-praktik konfransı

  • 2012, Bakı, Azərbaycan. ADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans.

  • 2013, Bakı, Azərbaycan. BSU-da Ümummilli lider H.Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş magistrantların II Beynəlxalq elmi konfransı

  • 2013, Bakı, Azərbaycan. Qafqaz Universitetində Ümummilli lider H.Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq elmi konfransı.

  • 2013, Bakı, Azərbaycan. Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası tərəfindən birgə layihə çərçivəsində təşkil olunmuş 8 aylıq təlim kursunda iştirak etmiş və sertifikata layiq görülmüşdür.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Məqalələr

  • 2012, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının dili əsasənda ismi frazeologizmlərin ifadə vasitələri // Azərbaycan. "Azərbaycan filologiyasının aktual problemləri " mövzusunda M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı, Bakı, BDU, s. 472-477

  • 2012, Hüseyn Cavidin əsərlərindəki bəzi qadın obrazları // Bakı, Böyük şair və dramaturq H.Cavid 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı, Bakı, BDU, s. 297-304

  • 2012, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının dilində somatik frazeoloji birləşmələr // Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr ounmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və Magistrantların Respublika elmi-praktik konfransı , Bakı, BSU, s. 50-52

  • 2012, Azərbaycan dilçiliyində frazeologiya və onunla bağlı qeydlər // “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfransının materialları. Bakı, ADU, s. 65-67

  • 2013, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının dilində ismi frazeologizmlərin leksik-qrammatik mənzərəsi // Ümummilli lider H.Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş magistrantların II Beynəlxalq elmi konfransı, Bakı, BSU, s. 43-44

  • 2013, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının dilində feili frazeologizmlərin leksik və qrammatik xüsusiyyətləri // Ümummilli lider H.Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq elmi konfransı, Bakı, Qafqaz Universiteti, s. 457-458

TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI

  • 2012-ci ildə Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların XI Respublika elmi-praktik konfransında çıxışına görə diploma layiq görülüb.

  • 2012,-ci ildə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfransında çıxışına görə təşəkkürnaməyə layiq görülüb

  • 2013-cü ildə Ümummilli lider H.Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş magistrantların II Beynəlxalq elmi konfransında çıxışına görə diploma layiq görülüb.


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə