Ventillərin istehsalı üçün 2 texnologiyadan istifadə olunur: *Bipolyar *MOY. Bipolyarın özünün 2 növü mövcuddur: TTM və EƏM: I.TTM-tranzistor transistor məntiqi qurğu. II.EƏM-Emitor əlaqəli məntiqi qurğu.
TTM texnologiyası əsasında hazırlanmış tranzistorlar uzun müddətdir ki, elektronika sahəsində daha geniş istifadə olunur. EƏM texnologiyası isə yüksək sürətli hesablama əməliyyatları aparmaq üçün istifadə olunur. MOY texnologiyası TTM və EƏM-ə nisbətən daha aşağı sürətlə işləyir. Lakin daha az enerjidən istifadə edir və daha az yer tutur.
Ona görə də məhdud bir sayda daha çox bu tip tranzistorları yerləşdirmək mümkündür. MOY texnologiyasında hazırlanmış tranzistroların müxtəlif növləri mövcuddur: p-kanallı, n- kanallı, komplementar. Müasir dövrdə əsasən komplementar MOYlardan daha çox istifadə olunur. Bu MOY əsasən 3 Volt gərginlikdə işləyir.
Müasir dövrdəki mövcud olan kompüterləri xarici qurğularsız təsvir etmək mümkün deyil. Xarici qurğular vasitəsilə məlumatlar kompüterə daxil edilə və xaric edilə bilər. Bilavasitə kompüterə qoşulan xarici qurğulara periferiya qurğuları deyilir. Periferiya qurğularına klaviatura, monitor, çap quröusu, skayner, video kamera, adi video avadanlıqlar və s. daxildir.
Məlumatların kompüter vasitəsilə uzaq məsafədən qəbul edilməsi və yaxud ötürülməsi üçün olunan qurğulara kommunikasiya qurğuları deyilir. Kommunikasiya qurğularına modem, şəbəkə kartları, İSD və s. daxildir. Məlumdur ki, mərkəzi prosessorla əməli yaddaş arasındakı əlaqə “ Şimal körpüsü” vasitəsilə, digər giriş-çıxış qurğulari arasındakı əlaqə isə “Cənub körpüsü” vasitəsilə yaradılır.
Giriş-çıxışı xarici qurğularla təmin edən sistemə giriş-çıxış sistemi deyilir. Mərkəzi prosessor əməli yaddaş və giriş-çıxış qurğuları arasında aşağıdakı əlaqələr qurmaq olur.