Mövzu 3 (41 TEST)
Aşağıda göstərilənlərdən hansı vergi tənzimləməsinin əsas alətlərinə aid edilmir?
A) Konkret vergi növləri və dərəcələri
B) Vergitutma obyekti və subyekti
C)) Faizlər
D) Güzəştlər və maliyyə sanksiyaları
E) Maliyyə sanksiyası
#2
Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri
hansılardır?
A) Yalnız vergi dərəcələri
B)) Vergi dərəcələri, vergitutma bazası və vergi güzəştləri
C) Yalnız vergi güzəştləri
D) Maliyyə sanksiyaları və inzibati cərimələr
E) Yaln
ız vergitutma bazası
#3
Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin
sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır?
A) Maksimal vergi siyasəti
B)) Optimal vergi siyasəti
C) Neytral vergi siyasəti
D)
Ədalətli vergi siyasəti
E) Minimal vergi siyasəti
#4
Aşağıdakılardan hansı vergi siyasətinin məqsədlərinə aid edilmir?
A) Sosial məqsədlər
B) Ekoloji məqsədlər
C) Beynəlxalq məqsədlər
D)) Texnoloji məqsədlər
E)
İqtisadi məqsədlər
#5
ÜDM-
in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət
büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini əks etdirir?
A) İqtisadi
B) Sosial
C) Nəzarət
D)) Fiskal
E) Optimal
#6
Makro səviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir?
A)) ÜDM-
də vergilərin xüsusi çəkisini
B) ÜDM ilə vergilərin ümumi məbləğinin fərqini
C) Milli gəlirdə vergilərin xüsusi çəkisini
D) Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini
E) ÜMM-
də vergilərin xüsusi çəkisini
#7
Aşağıdakılardan hansılar vergitutmanın iqtisadi prinsiplərinə aid deyil?
A)) Vergi sisteminin sabitliyi
B) Səmərəlilik
C) Vergi ödəyicilərinin mənafelərinin maksimum nəzərə alınması
D) Ədalətlilik
E) Ümumilik və bərabərlik
#8
Vergitutmada ədalətlilik prinsipinin metodoloji əsasını nə təşkil edir?
A) Reqressiv vergitutma
B)) Proqressiv vergitutma
C) Vasitəli vergitutma
D) Güzəştli vergitutma
E) Minimal vergitutma
# 9
Dövlət müdaxiləsinin əsas məqsədi nədir?
A) İqtisadiyyatın tarazlaşdırılması
B) Büdcənin formalaşdırılması
C))
İqtisadiyyatın tənzimlənməsi
D) Vergi siyasətinin həyata keçirilməsi
E) Daxilolmanın artırılması
# 10
Şirkətlərin mənfəət vergisinin bir-birinə yaxınlaşdırılması onun orta səviyyəsinin
hansı həddində olmasını nəzərdə tutur?
A) 5 - 10 faiz
B)) 30 - 40 faiz
C) 20 - 30 faiz
D) 40 - 60 faiz
E) 10-20 faiz
# 11
Vergitutma bazasının eyni şəklə salınması mənfəətin müəyyənləşdirilməsinin hansı
qaydasının tətbiq edilməsini nəzərdə tutur
A)) Vahid
B) Müxtəlif
C) Çoxşaxəli
D) İkili
E) Heç biri
#12
Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas
istiqamətlərinə
aşağıdakılardan hansılar aiddir?
A) Vergi dərəcələrinin artırılması
B)) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
C) Vergi qanunvericiliyinin uzun müddət sabit qalması
D) Vergi güzəştlərinin sayının artırılması
E) Vergi növlərinin sayının azaldılması
#13
Təsir dairəsindən asılı olaraq vergi siyasətinin hansı formaları var?
A) Yalnız daxili vergi siyasəti
B) Yalnız xarici vergi siyasəti
C) Ümumi vergi siyasəti
D
)) Daxili vergi siyasəti və xarici vergi siyasəti
E) Xüsusi vergi siyasəti
# 14
Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti necə bölünür?
A) Qısamüddətli və uzunmüddətli vergi siyasətinə
B) Diskression və qeyri-diskression vergi siyasətinə
C)) Daxili və xarici vergi siyasətinə
D) Vergi taktikasına və vergi strategiyasına
E) Ümumi və xüsusi vergi siyasətinə
#15
Azərbaycanda aparılan vergi siyasətinin əsas məqsədi hansılardır?
A) Vergi güzəştlərinin sayının artırılması
B)) Vergi dərəcəsinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına
vergitutma bazasının genişləndirilməsi
C) Vergi dərəcələrinin artırılması
D) Rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün
diferensiasiyası
E) Vergi n
övlərinin azaldılması
#16
Laffer əyrisi hansı göstəricilər arasındakı asılılığı əks etdirir?
A) ÜDM ilə milli gəlir arasında
B) Birbaşa vergilərlə dolayı vergilər arasında
C)) Vergi dərəcələri ilə büdcə daxilolmaları arasında
D) Büdcənin gəlirləri ilə xərcləri arasında
E) İdxal ilə ixrac arasında
#17
Azərbaycanda həyata keçirilən vergi siyasətinin başlıca prinsiplərindən biri
hansıdır?
A) Vergi güzəştlərinin artırılması
B) Vergilərin sayının ilbəil artırılması
C) Vergi dərəcələrinin artırılması
D))
Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi
ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi
E) Heç biri
#18
Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür?
A) Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu
xərclərindəki xüsusi çəkisi
B)) Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu
gəlirlərindəki xüsusi çəkisi
C) Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun
mənfəətindəki xüsusi çəkisi
D) Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği
arasındakı fərq
E) Vergi ödəyicisinin məcmu gəlirləri ilə məcmu xərcləri arasındakı fərq
#19
Vergitutmanın ağırlığından asılı olaraq vergi siyasətinin hansı tipləri var?
A)) Maksimal vergi siyasəti, optimal vergi siyasəti, sosial yönümlü yüksək dərəcəli
vergi siyasəti
B) Yalnız iqtisadi inkişaf siyasəti
C) Neytral vergi siyasəti
D) Yalnız yüksək vergi dərəcələri və sosial məsələlərə diqqətin artırılması siyasəti
E) Minimal vergi siyasəti
#20
Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas
istiqamətlərindən biri hansıdır?
A) Regionlarda diferensiallaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
B) Bəzi regionların vergilərdən tamamilə azad edilməsi
C)) Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün
vergilərdən azad olması
D) İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi
E) Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün əlavə vergi güzəştləri
#21
Vergilər neçə əsas funksiyanı yerinə yetirir və hansılardır?
A) İki: fiskal və stimullaşdırıcı
B) Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal
C) Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati
D)) Beş: fiskal, bölüşdürücü, tənzimləyici, inteqrasiyaedici və nəzarətedici
E) Beş: fiskal, bölüşdürücü, stimullaşdırıcı, hüquqi və təşkilati
#22
Müddətindən asılı olaraq vergi siyasətinin formaları hansılardır?
A)) Vergi taktikası və vergi strategiyası
B) Diskresion
və qeyri-diskresion
C) Gündəlik və illik
D) Avtomatik və stabilləşdirici
E) Aylıq və rüblük
#23
Aşağıdakılardan hansı amil dövlətin vergi siyasətinin əsas vəzifələrinə aid
deyildir?
A) Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün
şəraitin yaradılması
B) Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
C) Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış
qeyri-
bərabərliyin hamarlanması
D)) Vergi inzibatçılığının təkmilləşdirilməsinin strateji istiqamətlərinin
müəyyənləşdirilməsi
E) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
# 24
İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin hansı
formaları mövcuddur?
A)) İki: diskresiyon və qeyri-diskresiyon
B) Üç: fiskal, avtomatik və qeyri-avtomatik
C) Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-diskresiyon
D) Bu məqsədlə vergi siyasətinin fərqli forması mövcud deyildir
E) İki: fiskal və stimullaşdırıcı
# 25
İkiqat vergitutma nədir?
A) Eyni bir vergitutma bazasından üç və daha çox sayda verginin tutulması
B) Eyni bir vergitutma bazasından bir və daha çox sayda verginin tutulması
C)) Eyni bir vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
D) Eyni bir vergitutma bazasından dörd və daha çox sayda verginin tutulması
E) Müxtəlif vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
# 26
Əhatə etdiyi dövrün uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı
olaraq vergi siyasəti bölünür:
A) Vergi taktikası və vergi dövrünə
B)) Vergi taktikası və vergi strategiyasına
C) Vergi strategiyası və vergi dövrünə
D) Qısa müddətli və uzunmüddətli
E) ekspansionist və restriksionist
# 27
Vergi taktikası nəyi nəzərdə tutur?
A) Vergi qanunvericiliyinin dəyişdirilməsini
B) Yeni qanunların qəbul edilməsini
C
)) Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə
qarşıda duran məsələlərin həllini
D) Yeni qanunların qəbul edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran
məsələlərin həllini
E) Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə gələcəkdə qarşıya çıxa
biləcək problemlərin qarşısının alınması
# 28
Daxili vergi siyasəti nəyi nəzərdə tutur?
A) Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin
həllini
B) Beynəlxalq çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
C) Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
D)) Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin
həllini
E) Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və həm daxili, həmdə
xarici məsələlərin həllini
#29
Dövlətin vergi siyasəti dedikdə nə başa düşülür?
A) Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi
tədbirlərin məcmusu
B)) Dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında
duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
C) Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız təşkilati və hüquqi
tədbirlərin məcmusu
D) Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və təşkilati
tədbirlərin məcmusu
E) Beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmış, beynəlxalq vergi
sferasında cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə
yönəlmiş tədbirlər sistemi
#30
Aşağıda göstərilənlərdən hansı dövlətin vergi siyasətinin vəzifələrinə aid deyil?
A) Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün
şəraitin yaradılması
B) Dövlətin maliyyə ehtiyyatları ilə təmin edilməsi
C) Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış
qeyri-
bərabərliyin hamarlanması
D)) Yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaq və vergi
güzəştlərini ixtisar etməklə mümkün qədər çox maliyyə vəsaitləri toplamaq
E) Vergi ödəyicisinin gəlirlərinə (dövriyyəsinə) mütənasib şəkildə vergi
dərəcələrini artırmaq və ya azaltmaq
#31
Son illərdə Azərbaycanda həyata keçirilən kompleks vergi islahatlarının səciyyəvi
cəhətləri hansılardır ?
A)) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı
salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi
ödəyicilərinin qanuni mənafelərinin qorunması
B) Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin aşağı salınması,
sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin
qanuni mənafelərinin qorunması
C) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin sabit qalması,
sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin
qanuni mənafelərinin qorunması
D) Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin sabit qalması,
sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin
qanuni mənafelərinin qorunması
E) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi növlərinin sayının
azaldılması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi
ödəyicilərinin qanuni mənafelərinin qorunması
#32
Vergi siyasətinin iqtisadi, yaxud tənzimləyici vəzifələri hansı problemlərin həllinə
yönəldilmişdir?
A) Ölkənin texniki potensialının yüksəldilməsinə
B)) Ölkənin iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, ölkədə işgüzar
sahibkarlıq fəaliyyətinin canlandırılmasına, sosial problemlərin həllinə kömək
etməyə, beynəlxalq iqtisadi əlaqələrin inkişafına
C) Yalnız ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına
D) Yalnız ikiqat vergitutmanın aradan qaldırılmasına
E) Yalnız işsizliyin azaldılması və məşğulluğun artırılmasına
# 33
Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti) nədir?
A))
Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla,
vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə
vəsaitləri toplamağa çalışır
B) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla,
vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə
vəsaitləri toplamağa çalışır
C) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla,
vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri
toplamağa çalışır
D) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla,
vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri
toplamağa çalışır
E) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi
güzəştlərini ixtisar etməklə qeyri-rezidentlərdən mümkün qədər çox maliyyə
vəsaitləri toplamağa çalışır
# 34
Aşağı vergi yükü siyasəti (optimal vergi siyasəti) nədir?
A) Bu zaman dövlət minimal dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də
vergi ödəyicilərinin maraqlarını nəzərə alır
B) Bu zaman dövlət maksimum dərəcədə ancaq öz fiskal maraqlarını nəzərə alır
C) Bu zaman dövlət maksimum dərəcədə vergi ödəyicilərinin maraqlarını nəzərə
alır
D)) Bu zaman dövlət maksimum dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm
də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
E) Bu zaman dövlət fiskal maraqlarını deyil, yalnız vergi ödəyicilərinin
maraqlarını nəzərə alır
# 35
Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?
A) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq
etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
B)) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq
etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
C) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq
etməklə nəzərəçarpacaq sosial müdafiə proqramlarını tətbiq edə bilmir
D) Bu siyasətin səmərəsi yoxdur
E) Bu
siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq
etməklə vergi ödəyicilərinin yükünü azaldacaq nəzərəçarpacaq sosial müdafiə
proqramları işləyib hazırlayır
# 36
Vergi siyasətinin əsas məqsədi nədir?
A)
Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun
bir hissəsinin dövlət tərəfindən alınmasından ibarətdir
B)
Məcmu ictimai məhsulun bir hissəsinin bölüşdürülməsindən ibarətdir
C)
Vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
D)) Ver
gilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai
məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə
vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
E) Beynəlxalq təşkilatların qoyduğu tələblərdən irəli gəlir və məcmu ictimai
məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə
vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
# 37
Vergi strategiyası nəyi nəzərdə tutur?
A) Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı
məsələlərin həllini
B)) Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı
məsələlərin həllini
C) Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı
məsələlərin həllini
D) Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir
E) Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə
qarşıda duran məsələlərin həllini
# 38
Xarici vergi siyasəti nəyi nəzərdə tutur?
A)) İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi
sistemlərinin yaxınlaşmasını, onların vahid şəklə salınmasını
B) Ölkələrin sərbəst xarici siyasətinin həyata keçirilməsini
C) İkiqat vergitutmanın aradan qaldırılması sahəsində daxili siyasətinin həyata
keçirilməsini
D)
Avropa iqtisadi məkanına inteqrasiya istiqamətində daxili siyasətinin həyata
keçirilməsini
E) Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.
# 39
Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?
A) Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında
həyata keçirilir
B)) Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə
hökumətin qərarları əsasında həyata keçirilir
C) Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin
qərarları əsasında həyata keçirilir
D) Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
E) Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə
beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir
# 40
Qeyri-
diskresion vergi siyasəti nəyi nəzərdə tutur?
A) Hökumətin qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
B) Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə
hökumətin qərarları əsasında həyata keçirilir
C)) Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
D) Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında
həyata keçirilir
E) Beynəlxalq təşkilatların qərarlarından asılı olaraq, avtomatik surətdə həyata
keçirilir
# 41
Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır:
1. sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün
şəraitin yaradılması;
2. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi;
3. vergi
güzəştlərini artırmaq yolu ilə istehsalın stimullaşdırılması;
4. bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-
bərabərliyin hamarlanması
A) 2, 3, 4
B)) 1, 2, 4
C) 1, 2, 3
D) 1, 3, 4
E) 1, 2, 3, 4
|