Mövzu 4 (52 test)
#1
Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq
edilmiş maliyyə sanksiyalarının neçə gün müddətində ödənilməsinə dair vergi
ödəyicisinə bildiriş göndərir?
A)) 5 gün müddətində
B) 3 gün müddətində
C) məhdudiyyət qoyulmur
D) 2 gün müddətində
E) dərhal
#2
Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində
borc ödənilmədikdə geri qaytarılır?
A)) sərəncam qaytarılmır
B) 30 gün ərzində
C) 60 gün ərzində
D) 90 gün ərzində
E) 15 gün ərzində
#3
Sərəncam vergi ödəyicisinin bankda və ya digər kredit təşkilatlarında olan hansı
hesablarına verilir?
A) yalnız hesablaşma hesabına
B)) milli və ya xarici valyutada cari və ya digər hesablarında
C) yalnız valyuta hesabına
D)
yalnız digər hesablarına
E) yalnız milli valyutada olan hesablarına
#4
Vergi ödəyicisinin hesablarında vəsait olarsa, sərəncam nə vaxt icra edilir?
A)) sərəncam daxil olan gün
B) 5 gün müddətində
C) 30 gün müddətində
D) 90 gün müddətində
E) 10 gün müddətində
#5
Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti
dondurarkən hansı müddət ərzində bu barədə vergi ödəyicisinə məlumat göndərir?
A) 2 gün
B)) dərhal
C) 3 gün
D) 5 gün
E) 10 gün
#6
Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti
dondurduqdan sonra dərhal bu barədə vergi ödəyicisinə nə göndərir?
A) üzləşmə aktı
B)) məlumat
C) xəbərdarlıq
D) heç nə göndərmir
E) bildiriş
#7
Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər
hansı məlumatlar əsasında hesablanır?
A) statistika orqanlarının məlumatları əsasında
B) kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında
C)) analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları
əsasında
D) maliyyə orqanlarının məlumatları əsasında
E) əldə edilən istənilən məlumat əsasında
#8
Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq
mümkün olmadıqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə, gəlir vergisi
necə hesablanır?
A) gəlir vergisi hesablanmır
B) vergi ödəyicisinin məlumatı əsasında
C)) ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında
D) ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı əsasında
E) əldə edilən istənilən məlumat əsasında
#9
Əlaqəli məlumata əsasən hesablanmış vergilər hansı hallarda yenidən hesablanır?
A)) əlaqəli məlumata əsasən hesablanmış vergilərə dair bəyannamə təqdim edildikdə
B) əlaqəli məlumata əsasən hesablanmış vergilər yenidən hesablanmır
C)
mənbəyi məlum olmayan məlumatlar daxil olduqda
D) vergi ödəyicisinin xahişi olduqda
E) vergi orqanının məqbul hesab etdiyi hallarda
#10
Vergi ödəyiciləri vergi hesabatını hansı müddətlərdə və hansı orqana verməlidirlər?
A) Mülki Məcəllədə göstərilən müddətlərdə, statistika orqanına
B)) Vergi Məcəlləsində göstərilən müddətlərdə, vergi orqanına
C) Vergi Məcəlləsində göstərilən müddətlərdə, ədliyyə orqanına
D) Vergi Məcəlləsində göstərilən müddətlərdə, maliyyə orqanına
E) Vergi Məcəlləsində göstərilən müddətlərdə, gömrük orqanına
#11
Dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar hansı günədək təqdim
edilə bilər?
A) istənilən vaxt
B) dəqiqləşdirməyə icazə verilmir
C)) səyyar vergi yoxlamasının başladığı günədək
D) növbəti hesabat verilənədək
E) səyyar vergi yoxlaması başlanan zaman
#12
Hansı vergi növləri üzrə hesabatın verilməsi müddəti uzadıla bilər?
A) gəlir vergisi və mədən vergisi
B) mənfəət vergisi və əlavə dəyər vergisi
C) sadələşdirilmiş vergi və əmlak vergisi
D)) gəlir vergisi və mənfəət vergisi
E) ƏDV və aksiz
#13
Vergi öhdəliyi nədir?
A) vergitutma obyekti
B) vergi hesablamaq vəzifəsi
C) vergi bəyannaməsi vermək vəzifəsi
D)) vergini [o cümlədən cari vergi ödəməsini] ödəmək vəzifəsi
E) vergitutma bazasını müəyyənləşdirmək
#14
Aşağıda göstərilən hansı hallarda vergi öhdəliyinə xitam verilir?
A) vergi ödəyicisi fəaliyyətini dayandırdıqda
B)) vergilər ödənildikdə
C) hüquqi şəxs müflis olduqda
D) vergi ödəyicisi olan fiziki şəxs köçdükdə
E) vergi ödəyicisinin xahişi olduqda
#15
Ləğv edilən müəssisənin vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?
A) öhdəlik yerinə yetirilmir
B)) ləğvetmə komissiyası tərəfindən
C) digər şəxslər tərəfindən
D) öhdəlik bağışlanır
E) vergi ödəyicisinin ailə üzvləri və ya təsisçiləri tərəfindən
#16
Verginin hesablanması barədə bildirişdə aşağıdakılardan hansı göstərilmir?
A) vergi ödəyicisinin adı və ya obyektin adı
B) verginin ödənildiyi yer və üsul
C) verginin ödənilmə müddətləri
D)) tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği
E) verginin
hesablanmasına əsas olmuş hallar
#17
Aşağıdakı hansı məlumat vergilərin hesablanması barədə bildirişdə göstərilmir?
A) verginin hesablanmasına əsas olmuş hallar
B) verginin ödənildiyi yer və üsul
C) şikayət etmə qaydası
D)) verginin hesablanmasını aparan vəzifəli şəxsin adı
E) vergi ödəyicisinin adı və ya obyektin adı
#18
Vergilərin müəyyən edilmiş ödənilmə müddəti hansı qaydada dəyişdirilə bilər ?
A)) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada
B) Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada
C) Nazirlər kabineti tərəfindən müəyyən edilmiş qaydada
D) Vergi ödəyicisinin xahişinə əsasən
E) vergi orqanının müəyyən etdiyi qaydada
#19
Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisinə Vergi
Məcəlləsində hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur?
A) müəyyən edilmiş qaydada maliyyə sanksiyası tətbiq edilir
B)) müəyyən edilmiş qaydada və şərtlərlə faizlər ödənilir
C) inzibati qaydada cərimə edilir
D) əmlakı siyahıya alınır
E) heç bir tədbir görülmür
#20
Vergi
orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra verginin, faizlərin
və maliyyə sanksiyalarının hesablanmış [yenidən hesablanmış] məbləğini neçə il
ərzində tutmaq hüququna malikdirlər?
A) 1 il
B) müddət müəyyən olunmayıb
C) 3 il
D)) 5 il
E) 2 il
#21
Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra neçə il ərzində ondan düzgün
tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və
hesablanmış məbləğin yenidən hesablanmaq hüququna malikdir?
A) 1 il
B) müddət müəyyən olunmayıb
C)) 3 il
D) 5 il
E) 2 il
#22
Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının
məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini neçə il ərzində tələb etmək
hüququna malikdir?
A) 1 il
B) müddət müəyyən olunmayıb
C) 3 il
D)) 5 il
E) 2 il
#23
Vergi orqanı neçə gün müddətində vergi ödəyicisinin vergi öhdəliyinin yerinə
yetirilməsi müddətinin uzadılması barədə müraciətinə baxır və müvafiq əsaslar olduğu
halda müddətin uzadılması barədə qərar qəbul edir?
A) 10 gün
B) müddət müəyyən olunmayıb
C) 15 gün
D)) 30 gün
E) 5 gün
#24
Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər
dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq
təhlükəsi olduqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş
müddətdən daha hansı gec müddətə dəyişdirilə bilər?
A)) 1 aydan 9 ayadək
B) 1 aydan 6 ayadək
C) 1 aydan 3 ayadək
D) 1 aydan 1 ilədək
E) 1 aydan 1 ilədək
#25
Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək
uzadıldıqda, həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanırmı?
A)) faizlər hesablanmır
B) 0,01 faiz dərəcəsi ilə hesablanır
C) 3 ayadək olan dövrədək hesablanmır
D) 6 ayadək olan dövrədək hesablanmır
E) 9 ayadək olan dövrədək hesablanmır
#26
Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəymiş
olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə
ilə hesablanır?
A)) faiz
hesablanmır
B) 0,01 faiz dərəcəsi ilə
C) 0,05 faiz dərəcəsi ilə
D) 0,1 faiz dərəcəsi ilə
E) 1 faiz dərəcəsi ilə
#27
Vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduğu
halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə
hesablanır?
A)) faiz hesablanmır
B) 0,01 faiz dərəcəsi ilə
C) 0,05 faiz dərəcəsi ilə
D) 0,1 faiz dərəcəsi ilə
E) 1 faiz dərəcəsi ilə
#28
Vergi ödəyicisinin pul vəsaitləri siyahıya alınarkən siyahıya alındığı gündən sonra hansı
müddət ərzində müvafiq büdcə hesabına depozitə qoyulur?
A)) sonrakı iş günündən gec olmayaraq
B) 3 gündən gec olmayaraq
C) 5 gündən gec olmayaraq
D) 10 gündən gec olmayaraq
E) 15 gündən gec olmayaraq
#29
Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt
qoyulmadan hərracda satışı zamanı kim həmin əmlak üzərində mülkiyyət hüququnu
əldə edir?
A) bu zaman əmlak üzərində mülkiyyət hüququ dəyişmir
B) ən az qiymət təklif etmiş alıcı
C) ən optimal qiymət təklif etmiş şəxs
D)) ən yüksək qiymət təklif etmiş alıcı
E) ən tez qiymət təklif etmiş alıcı
#30
Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı
qismində kim çıxış edir?
A)) ixtisaslaşdırılmış təşkilat
B) istənilən hüquqi şəxs
C) məhkəmə icraçıları
D) məhkəmə nəzarətçiləri
E) vergi orqanı
#31
Hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət
hüququnu əldə edir?
A)) ən yüksək qiymət təklif etmiş
B) ilk qiymət təklif etmiş [qədərindən asılı olmayaraq]
C) aldığının pulunu nağd ödəmiş
D) aldığının pulunu köçürmə ilə ödəmiş
E) ən yaxşı qiymət təklif etmiş
#32
Siyahıya alınmış əmlakın açıq hərracda satılmasında hərracın sifarişçisi qismində kim
çıxış edir?
A) hərracı təşkil edən şəxs
B)) məhkəmə icraçıları
C) vergi orqanı
D) maliyyə orqanı
E) vergi ödəyicisi
#33
Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddət nə vaxt bitir?
A) Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən sonrakı gün
B)) Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında
C) Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən əvvəlki gün
D) Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün əvvəlində
E) Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün başlanğıcında
#34
Hansı halda gəlir vergisi və ya mənfəət vergisi üzrə vergi hesabatının verilməsi müddəti
uzadıla bilər?
A) vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə
B)) vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanadək müraciət etdikdə və bu
zaman ödənilməli olan verginin məbləğini tamamilə ödədikdə
C) vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə və
ödənilməli olan vergiləri ödədikdə
D) vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanadək müraciət etdikdə və bu
zama
n ödənilməli olan vergi məbləği ödənilmədikdə
E) vergi ödəyicisi müraciət etdikdə istənilən vaxt
#35
Gəlir vergisi və ya mənfəət vergisi üzrə hesabatın verilmə müddəti nə qədər uzadıla
bilər?
A)) 1 ayadək
B) 3 ayadək
C) 6 ayadək
D) 9 ayadək
E) 1 ilədək
#36
Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış
vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövri qurtardıqdan sonra neçə il
ərzində yenidən hesablamaq hüququ vardır?
A) 1 il ərzində
B)) 3 il ərzində
C) 5
il ərzində
D) 10 il ərzində
E) 15 il ərzində
#37
Vergilər Nazirliyi rüblər üzrə [dövri olaraq] müddəti uzadılan vergi öhdəliklərinin
məbləği barədə hansı icra orqanına məlumat verir?
A) Nazirlər Kabinetinə
B) İqtisadi İnkişaf Nazirliyinə
C)) Maliyyə Nazirliyinə
D) Dövlət Gömrük Komitəsinə
E) Dövlət Statistika Komitəsinə
#38
Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, artıq ödənilmiş vergilər,
faizlər və maliyyə sanksiyaları digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və
inzibat
i cərimələr üzrə borcların ödənilməsi hesabına aid edildikdən sonra artıq
ödənilmiş qalan məbləğlər vergi ödəyicisinin yazılı ərizəsinə əsasən neçə gün ərzində
vergi ödəyicisinə qaytarılır?
A) 15 gün
B)) 45 gün
C) 60 gün
D) 30 gün
E) dərhal
#39
Siyahıya alınmış mallar harada məsul saxlamaya qoyulur?
A) istənilər yerdə
B) yalnız vergi ödəyicisində
C)) vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən
müəyyən edilən yerlərdə
D) yalnız vergi ödəyicisinin razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən
müəyyən edilən yerlərdə
E) vergi orqanının müəyyənləşdirdiyi yerdə
#40
Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə neçə gün qalmış
hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri
barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər?
A) 10 gün
B)) 5 gün
C) 3 gün
D) 1 gün
E) 2 gün
#41
Vergi ödəyicisinin vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin
üzərinə qoyulur?
A) məhkəmənin
B) vergi ödəyicisinin
C) sərbəst auditorun
D)) vergi orqanının
E) mütəxəssislərin
#42
Vergi orqanının vergi ödəyicisinə hesabladığı vergi hesablamalarının səhv olduğunu
sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?
A) məhkəmənin
B) yuxarı vergi orqanının
C) sərbəst auditorun
D)) vergi ödəyicisinin
E) mütəxəssislərin
#43
Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli
məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır?
1. vergi ödəyicisinin yaşayış binasına [sahəsinə] daxil olmağa icazə verilmədikdə
2. vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını Vergi
Məcəlləsi ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi
gündən sonra 5 gün müddətində əsas olmadan təqdim etmədikdə
3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə
4. heç bir halda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli
məlumatlardan istifadə etməklə hesablamaq hüququ yoxdur
5. vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda
A) 1, 3, 4
B)) 2, 3, 5
C) 1, 4, 5
D) 3, 4, 5
E) 1, 3, 5
#44
Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli
məlumat əsasında hesablamaq hüququ vardır?
1. vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu
müəyyən edilmiş qaydada aparılmadıqda
2. mühasibat və hesabat sənədləri məhv olunduqda [itirildikdə]
3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər müəyyən edilmiş qaydada və
müddətdə təqdim edildikdə
4.vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün
olmadıqda
5. vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun
aparıldıqda
A) 1, 3, 4
B) 2, 3, 5
C)) 1, 2, 4
D) 3, 4, 5
E) 1, 3, 5
#45
Aşağıdakı məlumatlardan hansı əlaqəli məlumatlar hesab edilir
1. vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan maddi və qeyri-maddi əmlak
barədə rəsmi məlumatlar
2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim
edilmiş vergi bəyannamələri
3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumatlar
4. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri
5. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatları
A) 1, 3, 4
B)) 1, 2, 4, 5
C) 2, 3, 4, 5
D) 3, 4, 5
E) 1, 3, 5
#46
Vergi orqanı tərəfindən vergi hesabatı aşağıdakı hansı hallardan biri olduqda qəbul
edilmir?
1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;
2. vergi dövrü əks olunmadıqda;
3. vergi ödəyicisi hesabatı poçt vasitəsilə təqdim etdikdə
4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda
5. vergi ödəyicisinin vergi borcu olduqda
A)) 1, 2, 4
B) 1, 2, 3
C) 1, 3, 5
D) 2, 3, 4
E) 1, 3, 5
#47
Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergi ödəyicisinin banklar və bank
əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarından apardığı
əməliyyatlar barədə məlumat almaq hüququ vardır?
1. v
ergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə
2. gəlirlərin və xərclərin uçotu müəyyən edilmiş qaydada aparılmadıqda
3. istənilən halda vergi orqanının təşəbbüsü ilə
4. mühasibat və hesabat sənədlərinin məhv olunması aşkar edildikdə
5. xro
nometraj metodu ilə müşahidə aparıldıqda
A) 1, 2, 3
B)) 1, 2, 4
C) 2, 3, 5
D) 2, 4, 5
E) 1, 3, 5
#48
Aşağıdakı hansı hallarda vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə
həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı
və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna
malikdirlər?
1. vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və
xərclərinin uçotunun aparılması aşkar edildikdə
2. vergi
bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə
3. vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının
vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə
4. vergi orqanlarının vəzifəli şəxslərinə vergi ödəyicisinin ərazilərinə və ya binalarına
[yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verildikdə
5. mühasibat və hesabat sənədlərinin məhv olunması [itirilməsi] aşkar edildikdə
A) 1, 3, 4
B)) 2, 3, 5
C) 1, 2, 4
D) 1, 4, 5
E) 1, 3, 5
#49
Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergitutmanın
aşağıdakı hansı elementlərini əsas götürərək hesabat dövri üçün ödənilməli olan
verginin məbləğini sərbəst surətdə özü hesablayır?
1. vergi bazasını
2. verginin elastikliyini
3.
verginin miqyasını
4. vergi dərəcəsini
5. vergi güzəştlərini
A) 2, 3, 4
B)) 1, 4, 5
C) 3, 4, 5
D) 2, 3, 5
E) 1, 3, 5
#50
Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil
verildikdə, o, siyahıya alınmış mallarla bağlı hansı hərəkətlərə yol verdiyi təqdirdə
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar
olunmalıdır?
1. təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində mallar məhv olunduqda
2. özgəninkiləşdirdikdə
3. israf etdikdə
4. 1-ci v
ə 3-cü bəndlərdə göstərilən hallar eyni zamanda baş verdikdə
5.gizlədildikdə və ya dəyişdirildikdə
A) 2, 3, 4
B) 1, 3, 4
C)) 2, 3, 5
D) 1, 4, 5
E) 1, 3, 5
#51
Məhkəmənin qərarı əsasında keçirilən hərracda hərracın təşkilatçısı aşağıda göstərilən
hansı işləri yerinə yetirməlidir?
1. hərracın gedişində yaranan mübahisənin səbəblərini aradan qaldırmaq mümkün
olmadıqda da hərracı baş tutmuş elan edir
2. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir
3. satışın baş tutub-tutmadığını təsdiq edir
4. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda belə hərracı dayandırmadan
sonadək davam etdirir
5. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə
təqdim edir
A) 2, 4, 5
B) 1, 3, 4
C)) 2, 3, 5
D) 1, 4, 5
E) 1, 3, 5
#52
Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən
aşağıdakı göstərilən hansı hallarda silinə bilər?
1. Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti
qurtardıqda
2. Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən
düşdükdə
3. vergi ödəyicisi iflasa uğramaq təhlükəsi ilə rastlaşdıqda
4. vergi ödəyicisinə təbii fəlakət və ya digər qarşısıalınmaz qüvvə nəticəsində böyük
həcmdə ziyan dəydikdə
A) 2, 4
B)) 1, 2
C) 3, 4
D) 1, 4
E) 1, 3
|