alimlərin, dövlət strukturlarının, QHT-nın verilənlər bazası
milli və beynəlxalq şəbəkələr
virtual lobbiləşdirmə
VƏTƏNDAS CƏMIYYƏTININ INFORMASIYA-EKOLOJI RESURSLARI
Гендерный стереотип сформировал разительные формы участия мужчин и женщин в экологическом движении:
мужчинам приписывалась роль теоретиков- исследователей, правозащитников и прогнозистов,
женщине отводилась роль воспитательницы, учительницы, заботливо прививающей детям бережное отношение к природе.
VƏTƏNDAS CƏMIYYƏTININ INFORMASIYA-EKOLOJI RESURSLARI
Экофеминизм или движение за равноправие женщин в сфере защиты экологической среды – 70- ые годы 20 века.
EKOFEMINIZM HƏRƏKATINDA BIR NEÇƏ JƏRƏYAN FORMALAŞMIŞDI:
Liberal ekofeminizm: Bu jərəyanın tərəfdarları belə hesab edirlər ki, əxlaq normaları və həmin normalara müvafiq olan sosial təsisatlar ekoloci sistemin bütövlyünü və harmoniyasını qoruyub saxlamağa imkan verən təbii bioloci instinktlərin funksional analoqlarıdır. Müasir dünyamızda ekoloci böhran baş verməsi faktını qəbul edən liberal ekofeminizmə görə, jəmiyyət - sosial və mədəni səviyyələrlə yanaşı, həm də bioetik səviyyəyə malik olan mürəkkəb bir bioloci fenomendir. Buna görə də liberal ekofeminizm praktikada bütün qadın hərəkatlarını bir-birinə yaxınlaşdıran ekoloci proqramların qlobal humanist istiqamətdə həyata keçirilməsinə tərəfdar çıxır.
Sizə təqdim etdiyimz bu məjmuədəki materiallar, əsas etibarilə, liberal ekofeminizm baxışlarına tərəfdar çıxan qadın qeyri-hökumət təşkilatlarının mövqelərini əks etdirir. Məhz buna görə də həmin təşkilatlar dövlət strukturları ilə, elmi müəssisələr və ijtimai təşkilatlarla əməkdaşlıq etməyə həvəslə jan atırlar.
EKOFEMINIZM HƏRƏKATINDA BIR NEÇƏ JƏRƏYAN FORMALAŞMIŞDI:
İnvayromental ekofeminizm: bu jərəyan elmi mühitdə, əsasən bioloqlar və sosioloqlar arasında yayılmışdır. İnvayromental ekofeminizm jərəyanının tərəfdarlarının sosial-ekoloci problemlərə münasibəti yalnız lokal fəaliyyətlə məhdudlaşır. Ümumi nəzəri və dünyagörüşü bazası mövjud problemlərə sosial-ekoloci münasibətə əsaslanan invayromental ekofeminizm lokal və etnik çərçivələrlə məhdudlaşır.
İnvayromentalizm jərəyanı praktikada yaşayış mühitinin keyfiyyətini yüksəltmək uğrunda mübarizə aparan qadın qeyri-hökumət təşkilatlarının fəaliyyətində ifadə olunur. Bu təşkilatlar əhalinin fasiləsiz ekoloci təhsilini zəruri hesab edirlər. Onlar, əsas etibarilə, yerli büdjə tərəfindən maliyyələşdirilən proqramları həyata keçirirlər. Bu jür lokal ekoloci proqramların həyata keçirilməsinə çox vaxt bələdiyyələr donorluq edir. Sizə təqdim etdiyimz bu məjmuədə təsvir edilən saytlarda qadın qeyri-hökumət təşkilatları və yerli özünüidarə orqanları tərəfindən birgə həyata keçirilmiş konkret proqramlar barədə məlumat verilir.
EKOFEMINIZM HƏRƏKATINDA BIR NEÇƏ JƏRƏYAN FORMALAŞMIŞDI:
Radikal ekofeminizm: biosentrizmi özünün nəzəri əsası hesab edən bu jərəyanın tərəfdarlarının fikrinjə, təbiətin yaranmasında və onun qorunub saxlanmasında həllediji rol oynayan qüvvə yalnız bir jinsə - məhz qadın jinsinə məxsusdur. Radikal ekofeminizmin tərəfdarları bütün mövjud dəyərləri qlobal miqyasda, açıq-aşkar "qadın şovinizmi" mövqeyindən yenidən qiymətləndirməyə, yeni, radikal "davranış obrazlarını" bərqərar etməyə çağırırlar. Radikal feministlər öz mövqelərini əsaslandırmaq üçün arqument kimi, ekoloci fəlakətlərin qadınlar üçün törətdiyi nətijələrə istinad edirlər. Qlobalizm siyasətinin ən qatı əleyhdarı kimi çıxış edən radikal feministlərin fikrinjə, qlobalizm - Yer kürəsinin kişi əhalisi tərəfindən qadınların təbii və pozitiv hüquqlarına qəsd etmək jəhdidir. Radikal feminizm ekoloci problemlərin həllində qadınların rolunun artırılması və ətraf mühitin idarə edilməsində qadınlara üstün rol verilməsi uğrunda mübarizə aparır.
EKOFEMINIZM HƏRƏKATINDA BIR NEÇƏ JƏRƏYAN FORMALAŞMIŞDI:
Funksional ekofeminizm: lap yaxın vaxtlarda - ötən əsrin doxsanınjı illərinin axırlarında yaranmış bu jərəyan özündən əvvəlki jərəyanlardan (həmin jərəyanları yuxarıda sadalamışdıq) fərqli olaraq, əvvəljə qeyri-hökumət təşkilatı kimi praktiki fəaliyyət göstərmiş, sonra isə həmin fəaliyyəti nəzəri jəhətdən əsaslandırmaq üçün jinslərin janlı təbiətlə ahəngdar şəkildə harmonik inkişaf etməsi tezisini irəli sürərək, ekologiyada ümumbəşəri və milli dəyərləri və üstün amilləri dəstəkləmək yolunu seçmişdir. Qadınların ekoloci təşkilatlarına digər jinsin nümayəndələri də jəlb edilirdi.
Sizə təqdim etdiyimz saytlarda bu jərəyana "yaşayış mühitinə kollektiv şəkildə uyğunlaşma" kimi tərif verilir. Funksional ekofeminizmin tərəfdarları sosial baxımdan məqbul sayılan davranış nümunələrini əsaslandırmağa çalışır və bu jür nümunələr qisminə aşağıdakıları aid edirlər: qadınların və kişilərin ekoloci deqradasiyaya məruz qalmalarının təsirin azaldılması və bu yolla hər iki jinsin reproduktivliyinin qorunub saxlanması; ekoloci jəhətdən təmiz və məqsədəuyğun qidalanma; tərbiyənin qlobal humanist istiqaməti.
VƏTƏNDAS CƏMIYYƏTININ INFORMASIYA-EKOLOJI RESURSLARI
Ecofeminist Visions Emerging
İlk Ecofeminist Visions Emerging, or EVE ekofenist qeyri-hökumət təşkilatı 1991-ci ildə Nyu-Yorkda yaranmışdır. Bu təşkilat ekoloji hərəkatda qadın problemlərini radikal feminizm mövqelərindən nəzərdən keçirir: torpağın təbiətdə qadın başlanğıcı kimi qəbul edilməsi, qadının və ana torpağın ovqatları arasında qarşılıqlı əlaqə, psixoanaliz və dianetika texnologiyalarından istifadə etməklə qızlar və qadınlar üçün fəlsəfi-ekoloji təhsil problemləri bu qəbildəndir.Qender məsələlərini araşdıranlar üçün ekofeminist tədqiqat və nəzəriyyələrin orijinal metodikası, o cümlədən insanların birgəyaşayışının bütün sahələrində matriarxat dövrünə qayıtmağın zəruriliyinin ekoloji cəhətdən əsaslandırılması metodikası maraqlandıra bilər. Saytda aşağıdakı məsələlər qaldırılır:
qadınlar və uşaqlar üçün ekoloji fəlakətlərin nəticələri,
ümumbəşəri, milli dəyərlər və ekologiyada birinci dərəcəli məsələlər,
ağır ekoloji vəziyyət yaranmış regionlarda şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər haqqında informasiya,
qadınların ekoloji tənəzzülünə tə"sirin azaldılması,
ətraf mühitin idarə edilməsində qadınların rolunun yüksəldilməsi. Təşkilat öz üzvləri barədə mə"lumatlar bazası yaradıb, həmin bazanı İnternetə qoşmaqla beynəlxalq ekofeminist mühit yaratmaq təşəbbüsünü irəli sürmüşdür. Keywords: ətraf mühitin problemləri, afroamerikalı qadın nümayəndələri, ana torpaq, qadın problemləri, qender, qadınların öyrədilməsi, ekologiya, sosial dəyişiklik
VƏTƏNDAS CƏMIYYƏTININ INFORMASIYA-EKOLOJI RESURSLARI
Eve Online
Bu elektron informasiya jurnalının səhifələrində ekoloji hərəkatın bir istiqaməti olan ekofeminizmi dəstəkləyən beynəlxalq fondların qrant imkanları və layihələri barədə ətraflı məlumat verilir. "Qender mədəniyyəti və mədəni antropoloqgiya" rubrikasındakı mə"lumatlar bu məsələlərlə maraqlanan hər kəs üçün faydalı olacaqdır. 1977-ci ildən başlayaraq jurnal öz abunəçiləri üçün arxiv mə"lumatlarını təqdim edir. Keywords:mədəni antropologiya, kənd təsərrüfatı, təbii ehtiyatlar, ekologiya, ərzaq, nəsil, sinif, mülkiyyət.
CDE Working Papers
Bu, Medison Universitetinin Demoqrafiya və Ekologiya mərkəzinin jurnalının saytıdır. Jurnalın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada ekoloji problemlər müxtəlif sosial strukturların psixologiyası kontekstində açıqlanır. Məqalələrdə müxtəlif etnik qruplarda ekoloji tərbiyə problemləri qaldırılır. Keywords: irq, etnik mənsubiyyət, nəsil, yaş, əhali, maarif, iş, iqtisadiyyat, stratifikasiya, sinif, sosial status
Oil and pollution Environmental Aspects of the Offshore Oil and Gas Development
Oil and pollution Environmental Aspects of the Offshore Oil and Gas Development
Neft və qaz hasilatının ekoloji aspektləri
Bu sayt təkcə ətraf mühitin və okeanın çirklənməsi problemlərinə həsr olunmuş konfranslar və işçi görüşlər barədə yeniliklər və informasiya ilə tanış olmaq imkanı verməkdən əlavə, həm də bu problemlə məşğul olan qadın QHT-lər barədə informasiya verir. Ekoloji problemlər oxşar olduğuna görə bu saytın materialları Azərbaycandakı qadın QHT-lər üçün faydalı ola bilər. Ətraf mühitin çirklənməsinin sosial və fizioloji nəticələri qabardılır. Doktor Stanislav Patinin su resurslarının ətraf mühiti problemlərindən bəhs edən kitabının tam mətni bu saytda verilmişdir.
Keywords: qaz, neft, neft ləkələri, balıq ovu, işsizlik, işdən azad edilmiş fəhlələr, ətraf mühit, dəniz çirklənməsi, ekofeminizm, həyatın davamı
VƏTƏNDAS CƏMIYYƏTININ INFORMASIYA-EKOLOJI RESURSLARI