Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.
Hal-hazırda AƏF Azərbaycanda həyata keçirilən və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Vətəndaş Jurnalistikası Elektron MediaLayihəsi 2012-ci ilin sentyabr ayında sona çatır. AƏF, layihənin nəticələrini və bu müddət ərzindəki uğur hekayələrini əhatə edən buklet hazırlamağı planlaşdırır. Buklet azərbaycan dilində nəşr olunacaqdır. Bukletin hazırlanmsı üçün cəlb olunacaq peşəkar jurnalistin görəcəyi işlər:
Layihənin məqsədi, vəzifələri və nəticələri haqda yazı yazmaq;
Sənədləri Azərbaycan və ya İngilis dillərində info@epfound.az ünvanına göndərin.
Xahiş olunur ki, elektron məktublarınızın başlıq hissəsində “Jurnalist” adını qeyd edəsiniz.
Ərizə formalarının qəbulu üçün son tarix: 2012-ci il avqustun 1-i saat 18:00 (Bakı).