“Вəтəндаш Cəмiййəтi Уьрунда”
Мцстəгiл Мəслəщəт вə
Йардым Мəркəзi
“ For the Sake of Civil Society ”
Independent Assistant &
Consulting Center
Mirzə Fətəli 152
Тел/Факс: 596 08 95
E-mail: eldar@vcu.in-baku.com
Address: Mirza Fatali 152
”Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi “Maliyyə davamlılığı strategiyası” mövzusunda 3 günluk təlim keçirdi
Təlimçilər: Mərkəzin koordinatorları Günel Səfərova və Rəsul Hüseynzadə
Təlimin keçirildiyi tarix: 27.03.07 - 29.03.07
Təlimin keçirildiyi yer: - “İrşad” oteli
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Counterpart İnternational” təşkilatı tərəfindən həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində baş tutmuşdur. Tədbirə Bakı şəhərində fəaliyyət göstərən QHT-lərin nümayəndələri dəvət olunmuşdular.
Təlimin birinci günü iştirakçıları salamlamaqla açıldı. Təlim beynəlxalq təşkilatlar və yerli QHT-lər tərəfindən qəbul olunmuş və sınaqdan keçirilmiş qaydalara əsasən açıldı. “Maliiyyə dayanıqlılığı” mövzusunda beyin həmləsi, mini mühazirə keçirildi. Sonra iştirakçılar bu mövzuda ümumi müzakirə apardılar. “Counterpart İnternational” təşkilatının əməkdaşı Şahin Abbasov çıxış edərək Vətəndaş Cəmiyyəti Layihəsi və bu təlimin məqsədləri haqqında məlumat verdi. Daha sonra QHT-lərin aktivləri və onların müəyyənləşməsi, onlardan istifadə olunması və təsnifatı ilə bağlı müzakirə aparıldı. Maliyyə dayanıqlılığının diaqnostikası, onun məqsədləri, addımları və alətləri haqqinda mühazirə və PP təqdimat keçirildi. QHT-lərin maliiyyə dayanıqlılığının əldə olunması və prioritet ideyaların seçilməsi ilə bağlı qrup işi aparıldı.
Təlimin ikinci günü birinci gün kecirilmiş mövzular iştirakçılar tərəfindən xatırlandı. “Counterpart İnternational” təşkilatının əməkdaşı Şahin Abbasov maliyyə dayanıqlılığı diaqnostikasının praktiki olaraq həyata keçirilməsi yollarını iştirakçıların nəzərinə çatdırdı. Təlimə dəvət olunmuş hüquqşünas Hafiz Həsənov Azərbaycanda sosial müəssisələrin yaradılmasının, habelə QHT-lərin dövlət tərəfindən dəstəklənməsinin qanunvericilik bazası haqqında müfəssəl məlumat verdi. Daha sonra sosial müəssisələr və onların növlər haqqında mühazirə edildi və iştirakçılar sosial müəssisə ideyalarının seçilməsi ilə bağlı praktiki iş apardılar. Biznes – Marketinq planının hazırlanması, və qrup işi təlimin növbəti mövzusunu təşkil etmişdir.
Sonuncu gün üzvlük strategiyasi haqqında mühazirə ilə başlandı və üzvlərin təşkilatda saxlamaq yolları haqqında praktiki işlə davam etdi. Daha sonra iştirakçılarla birgə Strateji Fandreyzinq və onun həyata keçirilməsi məsələləri araşdırıldı və bununla bağlı praktiki iş aparıldı. QHT-lərin dövlət və biznes strukturları ilə əməkdaşlığı, bu əməkdaşlığın əhəmiyyəti və yolları haqqında iştirakçılara geniş məlumat verildi. Dövlət-Biznes-QHT əməkdaşlığinin təşkil olunması sahəsində qrup işi keçirildi. Sonra təlimin işinin qiymətləndirməsi aparıldı. Təlim müxtəlif enercayzerlər, “buzqıranlar” və digər oyunlar və praktiki işlərlə zəngin olmuşdur. Təlim iştirakçılara sertifikatların təqdim olunması ilə yekunlaşdı.
”Vətəndaş Cəmiyyəti Uğrunda”
Müstəqil Məsləhət və Yardım
Mərkəzinin mətbuat xidməti
Dostları ilə paylaş: |