Vətəndaşlar üçün Elektron imza sertifikatı almaq üçün “E-imza Operator Menyusu”xidməti üzrə İSTİfadəÇİ TƏLİmati



Yüklə 31.87 Kb.
tarix21.10.2017
ölçüsü31.87 Kb.


Vətəndaşlar üçün

Elektron imza sertifikatı almaq üçün

E-imza Operator Menyusu”xidməti üzrə



İSTİFADƏÇİ TƏLİMATI
Mündəricat:
1.Giriş 3

2.Elektron xidmətin məzmunu 3

3.Elektron xidməti göstərən dövlət qurumunun adı 3

4.Elektron xidmətin istifadəçiləri 3

5.Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər 3

6.Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar 3

7. E-imza operator menyusundan istfadə qaydaları 4

8. E-imza Opertor Menyusu – Ərizə forması 6

8.1E-imza Opertor Menyusu – Ərizəçinin şəxsi məlumatları 7

8.2E-imza Opertor Menyusu – Digər məlumatlar 7


Şəkillər
Şəkil 1 Elektron ərizə üçün müraciət formasına giriş 3

Şəkil 2 E-imza Operator Menyusu 4

Şəkil 3 E-imza Operator Menyusundan istifadə 4

Şəkil 4 E-imza Operator Menyusunda ərizənin növləri 5

Şəkil 5 E-imza Operator Menyusunda - Ərizə forması 6

Şəkil 6 E-imza Operator Menyusunda - Ərizəçinin şəxsi məlumatları 7

Şəkil 7 Şəxsiyyət vəsiqəsinin pin kodu 7

Şəkil 8 E-imza Operator Menyusunda –Diğər məlumat 7

Şəkil 9 E-imza Operator Menyusunda –Təşkilat haqqında məlumat 8

Şəkil 10 E-imza Operator Menyusunda –Təşkilat və səlahiyyətli şəxsin əlaqə məlumatları 8




  1. Giriş

Elektron imza velirməsi üçün E-imza Operator Menyusundan istifadə edərək ərizəni daha asan və tez bir zamanda doldurmaq üçün istifadə edilir.

2. Elektron xidmətin məzmunu

“E-ərizə ilə müraciət” elektron xidməti Elektron imza sertifikatı almaq və e-ərizənin doldurulması üçün nəzərdə tutub.



3. Elektron xidməti göstərən dövlət qurumunun adı

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzi.



4. Elektron xidmətin istifadəçiləri

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Məlumat Hesablama Mərkəzi tərəfindən təsdiq edilmiş istifadəçilər istifadə edə bilər.

5. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti.



Qeyd: Əgər elektron imza alacaq şəxsin əvəzində səlahiyyətli nümayəndə çıxış edirsə, həmin səlahiyyətliyə verilən etibarnamə (Natorial qaydada təsdiq olunmuş) və şəxsiyyət vəsiqənin əsli.

6.Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

Şəkil 1

MHM tərəfindən verilmiş kartı kart oxuyucusuna daxil etdikdən sonra, “İD Card” düyməsini sıxırıq.




Şəkil 2
Sistemə daxil olandan sonra, Rəbitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilən xidmətlərin siyahısından “E-imza Operator menyusu” bölməsinə daxil oluruq.

7.E-imza Operator menyusundan istifadə qaydaları

Şəkil 3


Yeni ərizə doldurmaq üçün – “Yeni ərizənin yaradılmasına keçid” düyməsini sıxın.

Şəkil 4
Yeni ərizə forması açıldıqdan sonra, ilk növbədə ərizənin tipini göstərmək lazımdır: Vətəndaş, Hüquqi şəxs, Dövlər qurumları.


8. E-imza Operator menyusu - Ərizə forması
2

1

Şəkil 5

E-imza almaq üçün ərizə forması


E-ərizənin ilk hissəsində yerləşən bu bölmədə təşkilat haqqında məlumat müvafiq xanalara doldurulmalıdır.

8.1 E-imza Operator menyusu – Ərizəçinin şəxsi məlumatları

1


Şəkil 6
Şəxsiyyət vəsiqəsinin Pin kodu: Bu sahəyə vətəndaşın şəxsiyyət vəsiqəsinin aşağı hissəsində yerləşən və sondan (bir rəqəm ötürülməklə) yeddi rəqəm hesab edilir. Pin kodu yığdıqdan sonra Enter düyməsini sıxın və bu bölmənin digər xanaları avtomatik olaraq pin koda uygun doldurulacaq.

Məsələn: “1FAMG85”

g:\ereg\pics\tooltip\sexsikod.gif
Şəkil 7
8.2 E-imza Operator menyusu – Digər məlumat

24



Şəkil 8
Gizli sual:Bu sahədə siyahıda göstərilən mümkün olan variantlardan biri seçilməlidir.

Məsələn: “Məşğuliyyətiniz?”
Cavab:Bu sahəyə Gizli sual bölməsində seçilmiş suala uyğun olaraq cavab daxil edilir.

Məsələn: “İDARƏÇİLİK”
Mobil telefon nömrəsi:Bu sahəyə əlaqə üçün mobil telefon nömrəsi daxil edilməlidir.

Məsələn: “517628138”
E-poçt ünvanı:Bu sahəyə kart sahibinin elektron poçt ünvanı daxil edilir.

Məsələn: “khatun.pashayeva@mail.ru
Ölkə: Bu sahədə heç bir dəyişiklik olmur.

Məsələn: “Azərbaycan”
Yaşadığı şəhər:Bu sahəyə kart sahibinin yerləşdiyi şəhərin adı yazılır.

Məsələn: “Bakı”
Yaşadığı ünvanın poçt indeksi:Bu sahəyə kart sahibinin yaşadığı ünvana xidmət göstərən Poçt şöbəsinin indeksi qeyd olunur.

Məsələn: “AZ 1141”
Yaşadığı ünvan:Bu sahədə kart sahibinin yaşadığı ünvan göstərilir.

Məsələn: “Yasamal rayonu”
Kart oxuyucusunun sayı:Bu sahədə kart oxuyucularının sayı göstərilir.

Məsələn: “1”
Çatdırılma ünvanı: Bu sahədə məhsulun çatdırılacağı ünvan.

Məsələn: “AZ 1010 MHM QEYDİYYAT MƏRKƏZİ
Qeyd: Ərizə forması doldurulduqdan sonra yadda saxla düyməsi sıxılır, və qeydiyyat tamamlanmış olunur.
9 E-imza Operator menyusu – Müqavilənin yaradılması

Ərizələr doldurulduqdan sonra avtomatik olaraq bu siyahıya daxil olurlar. Bundan sonra hər bir təşkilata uyğun olan ərizələri seçərək – Seçilmiş ərizələr üçün müqavilə yaratmaq, düyməsinin sıxaraq, bildiriş nömrəsi avtomatik yaradılır.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə