Vəzifə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) unicef-in Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Uşaq hüquqlari üzrə icraçı əlaqələndirici Layihənin adı



Yüklə 16,01 Kb.
tarix24.05.2018
ölçüsü16,01 Kb.
#51222

İş elanı





Vəzifə

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Uşaq hüquqlari üzrə icraçı əlaqələndirici


Layihənin adı

“Uşaqların müdafiəsi: Ombudsmanın uşaq hüquqlari sahəsində fəaliyyətinin gücləndirilməsi”

Tarix

1 iyun 2006-cı il

Müddət

6 ay (müddəti uzatmaq imkanı mövcuddur)

Fəaliyyət dairəsi

Bakı şəhəri, zəruri hallarda regionlara səfər etmək

Vəzifələr və məsuliyyət

İcracı əlaqələndirici:

  • Layihənin gündəlik icrasına cavabdeh olaraq, Ombudmanın tabeliyində fəaliyyət göstərəcək;

  • Layihə çərçivəsində nəzərdə tutulan bütün tədbirlərin (treninq, araşdırma, təhlil və s.) həyata keçirilməsinə yardımçı olacaqdır;

  • Layihə üçün lazımi sənədləri tərtib etmək və/ya hazırlamaq;

  • Layihə sənədlərini lazımi qaydada tərtib etmək;

  • Lazım olduqda, təsisata və layihənin işçilərinə texniki yardım göstərmək;

  • Ombudsmanın uşaq hüquqları sahəsində məruzələrinin hazırlanmasını təmin etmək;

  • Uşaq hüquqlarının pozulması ilə bağlı daxil olmuş fərdi şikayətlər üzrə işi əlaqələndirmək;

  • Uşaq hüquqları sahəsində milli qanunvericiliyi təhlil etmək;

  • Layihənin səmərəli həyata keçirilməsi məqsədilə ümumi inzibati dəstəyi təmin etmək;

  • Yazışma və sənədləşmə işini aparmaq, həmçinin məruzələr və digər sənədlər hazırlamaq;

  • Telefon zənglərinə cavab vermək, faks, e-mail və poçt vasitəsilə sənədləri qəbul etmək və görüşləri təyin etmək;

  • Layihə çərçivəsində Ombudsmanın digər tapşırıqlarını yerinə yetirmək;

  • Layihə əməkdaşlarının zəruri hesab etdiyi hallarda digər tədbirləri həyata keçirmək;

  • Treninqlərin və xarici səfərlərin təşkilində iştirak etmək.

Namizəd üçün şərtlər

  • Ali təhsil;

  • Azərbaycan və rus dillərini əla, ingilis dilini isə orta səviyyədə bilmək;

  • Uşaq hüquqları sahəsində azı 2 illik təcrübəyə malik olmaq;

  • Uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericiliklə tanış olmaq;

  • Uşaq hüquqları sahəsində treninqlərin təşkili və keçirilməsi üzrə təcrübəyə malik olmaq;

  • Kompüterdə sərbəst işləmək (Word, Excel, Internet, Power Point);

  • Vaxtdan səmərəli istifadə, təşkilatçılıq və ünsiyyət yaratmaq bacarığına malik olmaq;

  • İşi öyrənmək və bacarıqları inkişaf etdirmək arzusunda olmaq;


Beynəlxalq təşkilatların layihələrində iş təcrübəsinə malik olanlara üstünlük veriləcəkdir.

Sənədlərin təqdim olunması üçün son tarix

28 may 2006-cı il

Sənədlərin təqdim edilməsi qaydaları

Tərcümeyi-hal e-mail: ombudsman@ombudsman.gov.az

və ya poçt ünvanına göndərilə bilər. Ünvan: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı,

U. Hacıbəyov küçəsi, 40, Hökumət evi, II qapı


Məlumat üçün

Munir Məmmədov

Tel: 4935810




Yüklə 16,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin