Vəzifə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) unicef-in Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Uşaq hüquqlari üzrə icraçı əlaqələndirici Layihənin adı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Uşaq hüquqlari üzrə icraçı əlaqələndirici
Layihənin adı
“Uşaqların müdafiəsi: Ombudsmanın uşaq hüquqlari sahəsində fəaliyyətinin gücləndirilməsi”
Tarix
1 iyun 2006-cı il
Müddət
6 ay (müddəti uzatmaq imkanı mövcuddur)
Fəaliyyət dairəsi
Bakı şəhəri, zəruri hallarda regionlara səfər etmək
Vəzifələr və məsuliyyət
İcracı əlaqələndirici:
Layihənin gündəlik icrasına cavabdeh olaraq, Ombudmanın tabeliyində fəaliyyət göstərəcək;
Layihə çərçivəsində nəzərdə tutulan bütün tədbirlərin (treninq, araşdırma, təhlil və s.) həyata keçirilməsinə yardımçı olacaqdır;
Layihə üçün lazımi sənədləri tərtib etmək və/ya hazırlamaq;
Layihə sənədlərini lazımi qaydada tərtib etmək;
Lazım olduqda, təsisata və layihənin işçilərinə texniki yardım göstərmək;
Ombudsmanın uşaq hüquqları sahəsində məruzələrinin hazırlanmasını təmin etmək;
Uşaq hüquqlarının pozulması ilə bağlı daxil olmuş fərdi şikayətlər üzrə işi əlaqələndirmək;
Uşaq hüquqları sahəsində milli qanunvericiliyi təhlil etmək;
Layihənin səmərəli həyata keçirilməsi məqsədilə ümumi inzibati dəstəyi təmin etmək;
Yazışma və sənədləşmə işini aparmaq, həmçinin məruzələr və digər sənədlər hazırlamaq;
Telefon zənglərinə cavab vermək, faks, e-mail və poçt vasitəsilə sənədləri qəbul etmək və görüşləri təyin etmək;
Layihə çərçivəsində Ombudsmanın digər tapşırıqlarını yerinə yetirmək;
Layihə əməkdaşlarının zəruri hesab etdiyi hallarda digər tədbirləri həyata keçirmək;
Treninqlərin və xarici səfərlərin təşkilində iştirak etmək.
Namizəd üçün şərtlər
Ali təhsil;
Azərbaycan və rus dillərini əla, ingilis dilini isə orta səviyyədə bilmək;
Uşaq hüquqları sahəsində azı 2 illik təcrübəyə malik olmaq;
Uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericiliklə tanış olmaq;
Uşaq hüquqları sahəsində treninqlərin təşkili və keçirilməsi üzrə təcrübəyə malik olmaq;
Kompüterdə sərbəst işləmək (Word, Excel, Internet, Power Point);
Vaxtdan səmərəli istifadə, təşkilatçılıq və ünsiyyət yaratmaq bacarığına malik olmaq;
İşi öyrənmək və bacarıqları inkişaf etdirmək arzusunda olmaq;
Beynəlxalq təşkilatların layihələrində iş təcrübəsinə malik olanlara üstünlük veriləcəkdir.
Sənədlərin təqdim olunması üçün son tarix
28 may 2006-cı il
Sənədlərin təqdim edilməsi qaydaları
Tərcümeyi-hal e-mail: ombudsman@ombudsman.gov.az
və ya poçt ünvanına göndərilə bilər. Ünvan: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı,