Vəzifə: Kadr planlama və işə qəbul şöbəsinin müdiri
Əsas öhdəliklər:
-
İşə qəbul prosesinin həyata keçirilməsi;
-
Şöbələrin idarəedilməsi prosesinin həyata keçirilməsi;
-
İşçilərin əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkili və tətbiqinə nəzarət;
-
İşçilərin şəxsi fayllarının yaradılması və idarə olunması, iş vaxtının uçotuna nəzarət, işə qəbul və isdən azad edilmə ilə əlaqədar sənədləşmələrin təşkili;
-
İnsan resursları üzrə siyasət və qaydalara əməl olunmasına nəzarət etmək;
-
Digər şirkətdaxili Siyasət və Qaydalarla əməkdasların təlimatlandırılmasını təşkil etmək, onların düzgün mənimsənilməsinə əmin olmaq ücün vaxtaşırı testlər kecirmək;
-
Şirkət üzrə vəzifə təlimatlarının davamlı olaraq təkmilləşdirilməsini təşkil etmək və ekspertizasını təmin etmək;
-
Struktur bölmələr üzrə test bankının formalaşdırılmasını təşkil etmək;
-
Şirkət daxili karyera planlamasının təşkil edilməsi məqsədi ilə aparıcı və rəhbər vəzifələrin ehtiyat kadr bankını təşkil etmək.
-
Dayanıqlı kadr təminatı ilə bağlı uğurlu namizədlərin ehtiyat kadr bankını təşkil etmək;
-
Vakansiyalara uyğun namizədlərin axtarışını və namizədlərin cəlb olunmasını təşkil etmək;
-
Vakant yerlər üçün dəvət edilən namizədlərlə müsahibələri təşkil etmək;
-
Namizədlərin dəyərləndirilməsi və seçilməsi prosesini həyata keçirmək;
-
Karyera tələblərini analiz edərək müvafiq təkliflər hazırlamaq;
-
Şirkətdə kadrların fəaliyyəti ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirmək;
-
Şirkətdə kadr axınının analizini aparmaq, obyektiv və subyektiv səbəblər haqqında təkliflər hazırlamaq;
-
Sınaq müddətində işçinin iş planının formasına nəzarət etmək;
-
İnsan Resursları Departamenti tərəfindən keçirilən müsahibə-dəyərləndirmədən müsbət rəylə çıxan namizədlərlə bölmə rəhbərlərinin görüşünü təşkil etmək;
-
Yekun müsahibədən müsbət rəy alan namizədlərin Şirkətin rəhbəri ilə görüşdürülməsini təmin etmək;
-
Şirkət rəhbərinin “işə qəbul” qərarından sonra namizədləri sənədləşdirmək üçün Kadrlar şöbəsinə təqdim etmək;
-
Şirkət üzrə kadrların professionallığının artırılması və bu prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak etmək və öz təkliflərini rəhbərliyə bildirmək;
-
İnsan Resursları Departamentinin iş fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təşkil olunan treninqlərdə iştirak etmək;
-
İnsan Resursları Departamenti direktorunun göstəriş və tapşırıqlarını yerinə yetirmək;
-
Gördüyü işlərlə bağlı rəhbərinə hesabat vermək.
-
Treninq ehtiyaclarının öyrənilmək və inkisaf planlarını hazırlamaq.
Tələblər
-
Ali təhsil;
-
Azərbaycan və rus dillərini bilən;
-
İR sistemində 1-3 il iş təcrübəsi;
-
kollektivdə işləməyi bacaran;
-
problem həll etmə və çətin vəziyyəti idarə etmə bacarığı;
-
təmkinlilik, etibarlılıq, özünə inam;
-
müəssisədə uyğunlaşmaya və işinə hakim olma;
-
səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı;
-
yaş həddi 25-35-adək;
-
liderlik xüsusiyyətlərinə sahib olmalı, inkişaf etmiş, kommunikativ bacarığı, məsuliyyətlilik, ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti olan;
-
MS Office və 1C proqramlarını bilən.
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Kadr planlama və işə qəbul şöbəsinin müdiri " sözünü qeyd etməklə hr@matanata.com elektron poçtuna göndərsinlər.
Tərcümeyi-hallar 30.01.2014-cü il tarixədək qəbul ediləcəkdir.
-
Əmək haqqı razılaşma ilə müəyyən ediləcəkdir.
-
Nahar + servis Şirkət hesabına təmin edilir.
“Mətanət A” Şirkəti
Bakı-Sumqayıt şossesi 13,5 km
Azərbayan, Bakı AZ0123
Tel.: (+994 12) 342 93 88
(+994 50) 208 66 95
Faks: (+994 12) 342 93 93
Dostları ilə paylaş: |