Vəzifə: Kiçik proqramçı
Əmək haqqı: İddiaçının səviyyəsinə uyğun və razılaşma yolu ilə fərdi təyin olunur.
İş vaxtı: Tam iş günü
Tələblər:
Yüksək səviyyəli məntiq və analitik qabilliyyət;
Client-Server arxitekturası üzrə ümumi biliklər (iş təcrübəsi arzu olunandır);
Delphi, C++, C#,JAVA proqramlaşdırma dillərindən biri üzrə ümumi biliklər və iş təcrübəsi;
Oracle, MS SQL Server verilənlər bazalarından biri üzrə ümumi biliklər və iş təcrübəsi;
ANSi SQL və törəmə SQL dillərindən (PL/SQL, Transact-SQL) biri üzrə ümumi biliklər;
Texniki sənədlərlə işləyə bilmək bacarığı;
Gördüyü işləri sənədləşdirə bilmək (Help, Manual) yaxud sənədləşdirməyə rəhbərlik edə bilmək qabiliyyəti;
Proqram testçiləri ilə işləyə bilmək qabiliyyəti;
Əməliyyat sistemlərin (Windows OS) və şəbəkələrin (Network) arxitekturaları haqqında ümumi biliklər;
Texniki ingilis dili (oxuyub başa düşmək səviyyəsində);
Arzu olunanlar:
Komandada iş təcrübəsi;
Layihənin hər hansı hissəsi (yaxud bütövlükdə layihə) üzrə məsələnin analitikası və qoyuluşu üzrə təcrübə;
Digər proqramlaşdırma dilləri ilə yaxından tanışlıq (yaxud biliklər) və iş təcrübəsi;
Unix əməliyyat sistemlərindən biri ilə iş təcrübəsi;
Çoxmərhələli arxitektura ilə yaxından tanışlıq;
Köməkçi servis proqramlarının hazırlanmasında təcrübə;
Qeydlər:
İştirak etdiyiniz (yaxud hazırladığınız) layihənin qısa məzmunu və sizin rolununuz barədə məlumatları mütləq qeyd edin. Sadəcə harada işlədiyinizi və hansı vəzifəni tutduğunuzu qeyd etmək kifayət deyil.
İştirak etdiyiniz (yaxud hazırladığınız) layihələrdən ən böyüyü haqda bir qədər ətraflı məlumat yazın.
Əlaqə:humres@ik-tex.com Qeyd: Məktubunuzun “Subject (Тема)” hissəsində iddia etdiyiniz vəzifəni və gözlədiyiniz
əmək haqqını mütləq qeyd edin. Əks halda müraciətinizə baxılmayacaqdır.