Vi fəsil. C++ dilində proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə2/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   2   3   4   5   6   7   8   9   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6.2. Verilənlərin tipləri
Verilənlərin tipləri anlayışı proqramlaşdırma dilləri üçün vacib anlayışlardan biridir. Verilənlərin tipi anlayışı proqramlaşdırma dillərində verilənlərin strukturunu müəyyən edir. Proqramda istifadə olunan dəyişənlər hər hansı bir tipə aid olmalıdır. Dəyişənin aid olduğu tip dəyişənin ala biləcəyi qiymətlər çoxluğunu və yaddaşda tutduğu yaddaş sahəsinin həcmini və onun üzərində aparıla biləcək mümkün əməliyyatları göstərir. Proqramda istifadə olunan dəyişənlərin hansı tipə aid olduqları göstərilməlidir. -da verilənlərin tipləri aşağıda göstərilən sxemdəki kimidir:

-dilində 4 baza hesabı və ya ədədi tip vardır. Onlardan ikisi-charint tam ədədlərin təsviri üçün, ikisi isə-floatdouble sürüşən nöqtəli ədədlərin tipini göstərmək üçün istifadə edilir.

Bunlardan əlavə proqramda bu tiplərin modifikasiyalarından və modifikatorlardan istifadə olunur. Ölçünü göstərən 2 modifikatordan-short(qısa) və long(uzun), işarəni göstərən 2 modifikatordan-signed(işarəli) və unsigned(işərasiz) – istifadə olunur. İşarəli modifikatorlar ancaq tam tiplərə tətbiq olunur. Cədvəl 6.2.1-də hesabi tiplər, onların qiymətlər diapozonu və yaddaşda tutduqları yer göstərilmişdir. intunsigned int tiplərinin ölçüsü dilinin kompilyatorunun hansı əməliyyat sistemində işləməsindən asılıdır. 16-mərtəbəli əməliyyat sistemlərində bu tiplərə 2 bayt, 16-mərtəbəli əməliyyat sistemlərində isə 4 bayt(windows) uyğundur.


Cədvəl 6.2.1

Verilənlərin tipləri

Ölçüsü
(baytla)

Qiymətlər diapozonu

Tipin ekvivalent adları

Char

1

-128...+127

Signed Char

Int

2/4

Sistemdən asılıdır

Signed, Signed int

Unsigned Char

1



0...255



Yoxdur



Unsigned int

2/4

Sistemdən asılıdır

Unsigned

Short int

2



-32768...32767



Short, Signed Short int



Insigned Short int

2

0...65535

Unsigned Short int

long int

4

-2147483648...+2147483647

Long, Signed long int

Unsigned long int

4

0...4294967295

Unsigned long

Float

4

­(3.4E-38...3.4E+38)

Yoxdur

Double

8

(1.7E-308...1.7E+308)

Yoxdur

Long Double

10

(3.4E-4932...1.1E+4932)

Yoxdur

6.2.1-cədvəlini analiz edərək aşağıdakı nəticəni almaq olar:
-əgər baza tipi göstərilməyibsə susma prinsipinə görə int başa düşülür;
-əgər işarə modifikatoru göstərilməyibsə signed başa düşülür;
-float tipində modifikator tələb olunmur;
-short modifikatoru ancaq int tipinə tətbiq olunur.
Char tipli dəyişən konteksdən asılı olaraq həm simvol, həm də tam ədəd qiymətini ala bilər.
dilinin əvvəlki versiyalarında baza tip kimi məntiqi tip yoxdur. Bunun üçün tam tiplərdən istifadə olunur. Əgər məntiqi ifadənin qiyməti sıfırdan fərqlidirsə “doğru”, 0-isə “yalan” hesab olunur. Lakin dilinin son versiyalarına bool adlı məntiqi tip əlavə edilmişdir. dilində tiplərinə təsvirinə aid misallar:
char s1, s2;
unsigned char c1;
int n,m;

unsigned long l;
float x1, x2, x3;
double b1,b2;
long double max1, max2;
Dəyişənlərin təsvirində onlara başlanğıc qiymətlər vermək mümkündür. Bu əməliyyat dəyişənlərin inisializasiyası adlanır. Dəyişənlərin inisializasiyasına aid misallar:
float pi=3.14159, C=1.23;
unsigned int year=2013;

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin