Vi fəsil. C++ dilində proqramlaşdırma


İdentifikatorların təsir oblastları. Parametrsiz funksiya. Inline funksiyalar



Yüklə 1,02 Mb.
səhifə27/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   23   24   25   26   27   28   29   30   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6.22.İdentifikatorların təsir oblastları. Parametrsiz funksiya. Inline funksiyalar
İdentifikatorun təsir oblastı proqramın elə bir hissəsidir ki, həmin hissədən identifikatora müraciə etmək mümkündür. Məsələ, blok daxilində təsvir olunan lokal dəyişənə ancaq bu blokdan və ya bu bloku daxilinə alan bloklardan müraciət etmək mümkündür. İdentifikatorların dörd təsir oblastları vardır:
-“funksiya” təsir oblastı;
-“fayl” təsir oblastı;
-“blok” təsir oblastı;
-“funksiyanın prototipi” təsir oblastı:
İstənilən funksiyanın xaricində təsvir olunan identifikator “fayl” tipli təsir oblastına malikdir. Belə identifikator onun təyin olunduğu nöqtədən başlayaraq faylın sonuna qədər olan bütün funksiyalara məlumdur. Qlobal dəyişənlər və funksiyaların xaricində təsvir olunan funksiyaların prototipləri “fayl” tipli təsir oblastlarına malikdirlər. Nişanlar (özündən sonra: qoyulan identifikatorlar) “funksiya” tipinə malik olan yeganə identifikatorlardır. Nişanlar switchgoto operatorlarında istifadə olunur. Nişanları funksiyanın daxilində istifadə etmək olar, ancaq funksiyadan xaricdən ona müraciət etmək olmaz.
Blokun daxilində təsvir olunan identifikatorlar “blok” tipli təsir oblastına malikdirlər. Lokal dəyişənlər və funksiyaların parametrləri “blok” tipli təsir oblastlarına malikdir. Əgər bloklar bir birinə daxil olarsa və eyni ada malikdirsə, onda xarici blokda təsvir olunan identifikator daxili blok yekunlaşana qədər “görünmür”. Bu onu bildirir ki, daxili blok yerinə yetirildikdə ancaq öz lokal dəyişənlərini “görür”.
Static tipli lokal dəyişənlər də “blok” təsir oblastına malik dəyişənlərdir. “Prototip” tipli təsir oblastına malik yeganə identifikatorlar funksiyaların prototipində göstərilən parametrlərdir. Funksiyaların prototipində parametrlərin adlar deyil, tipləri göstərilir. Əgər parametrlərin adları göstərilərsə bu adlar kompilyator tərəfindən nəzərdən atılır. Ona görə də funksiyaların prototiplərində göstərilən parametrlərdən təkrar olaraq proqramın digər yerlərində iki mənalılıqdan qorxmadan istifadə etmək olar.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin