Vi fəsil. C++ dilində proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə63/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   59   60   61   62   63   64   65   66   ...   74
Alqoritmik dillər(C kitab) (10)

Axının adı

Qiyməti

Susmaya görə qurğu

Cin
Cout
Cerr
Clog

Standart giriş axını
Standart çıxış axını
Səhv haqqında məlumatı çıxışa verən standart axın
Cerr-ın buferləşmiş versiyası

Klaviatura
Ekran
Ekran
Ekran



Standart C++ dilində əlavə wcin, wcout, wcerrwclog 16 mərtəbəli axınlar açılır ki, bu axınların köməyi ilə genişlənmiş simvollar yığımını işləmək olar.
C++ dilində iostream axınlar kitabxanası giriş-çıxış əməliyyatlarının yerinə yetirilməsi üçün yüzlərlə imkanlara malikdir. Kitabxanaların interfeysi bir neçə başlıq fayllarına bölünür. Proqramların böyük bir hissəsi başlıq faylına malikdir ki, bu faylda giriş-çıxış əməliyyatları üçün lazım olan məlumatlar yerləşır. başlıq faylı özündə cin, cout cerr clog obyektlərini birləşdirir. Həm formatlaşmış, həm də formatlaşmamış giriş-çıxış üçün imkanlara malikdir.
baçlıq faylı formatlaşmış giriş-çıxış üçün əhəmiyyətli informasiyaya malikdir.


başlıq faylında fayllar üzərində əməliyyat aparmaq üçün olan əhəmiyyətli informasiya saxlanılır. Bunlardan başqa C++ dilində digər kitabxanalar da vardır ki, bu kitabxanalarda audio-video informasiyaların giriş-çıxışı üçün olan xüsusi qurğılarin idarə olunmasını təmin edən informasiyalar yerləşır.

Giriş-çıxış axınlarının sinifləri və obyektləri
iostream kitabxanasında giriş-çıxış əməliyyatlarını emal etmək üçün çoxlu sayda şablonlar vardır. Məsələ, basic-istream sinfinin şablon giriş əməliyyatlarının yerinə yetirilməsində, basic-ostream sinfinin şablon çıxış əməliyyatlarının yerinə yetirilməsində, basic-iostream sinfinin şablonu isə həm giriş, həm də çıxış əməliyyatlarının yerinə yetirilməsində istifadə olunur. basic-istream basic-ostream siniflərinin şablonu basic-ios sinfinin şablonunun törəmə (varis) sinifləridir. iostream şablonu isə basic-istream basic-ostream siniflərinin törəmə sinfidir. Giriş-çıxış axınlarının şablonlarının ierarxiyasının bir hissəsi aşağıdaki şəkildə göstərilmişdir:

istream sinfinin cin giriş axınının obyekti standart giriş qurğusu ilə, adətən klaviatura ilə əlaqədardır. Məsələ, “axından götürmək” əməliyyatını yazmaq olar:

cin>>x; //verilənlər axınla sağa hərəkət edir
Bu əməliyyat onu bildirir ki, x tam dəyişəninin qiyməti (fərz olunur ki, int x;) cin obyektindən yaddaşa daxil edilir. >>-əməli tiplərə uyğun olan elementləri, sətirləri, göstəriciləri daxil etmək üçün istifadə olunur.
ostream sinfinin standart çıxış axını standart çıxış qurğusu ilə, adətən displeyin ekranı ilə əlaqədardır. (<<)-əməl “axında yerləşdir” əməlidir və x-dəyişəninin qiymətini yaddaşdan standart çıxış qurğusuna göndərir.
cout<
(<<)-əməl də tiplərə uyğun olan elementlərin, sətirlərin və göstəricilərin qiymətlərini çıxışa vermək üçün istifadə olunur.
ostream sinfinin cerr obyekti səhvlər haqqında məlumat verir və standart çıxış qurğusu ilə əlaqədardır. Bu obyekt buferləşməmişdir. Bu o deməkdir ki, hər bir əməliyyatın nəticəsində alınan məlumat ekrana verilir.
ostream sinfinin cloq obyekti səhvlər haqqında məlumatı standart çıxış qurğusuna verir. Bu halda çıxışa verilən verilənlər axını buferləşmiş olur. Bu o deməkdir ki, hər bir “cloq-da yerləşdirəməli bufer dolana qədər buferdə yerləşdirilir.
C++ dilində fayllarla işləyən zaman basic_ifstream (fayldan giriş əməliyyatı üçün) və basic_ofstream(fayla çıxış əməliyyatı üçün) siniflərindən istifadə olunur. basic_ifstream şablonu basic_istream, basic_ofstream şablonu isə basic_ostream, basic_fstream şablonu isə basic_iostream siniflərinin törəmələridir. Aşağıdaki şəkildə bu ierarxiya göstərilmişdir:




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin