6.52.Formatlaşmayan giriş və çıxış Formatlaşmayan giriş-çıxış iostream və ostream siniflərinin köməyi ilə uyğun olaraq read və write funksiyaları vasitəsi ilə yerinə yetirilir. Bunların hər biri müəyyən sayda baytları simvollar massivindən yaddaşa və ya tərsinə yazır. Bu baytlar üzərində heç bir formatlaşdırma aparılmır. Məsələ, char buffer[ ]=”Yeni iliniz mübarək”; cout.write(buffer, 10); buffer massivinin 0-cı simvol da daxil olmaqla 10 baytını çıxışa verir və ya
cout.write(“ABCDEKLMN”, 5); -ekranda birinci 5-simvolu əks etdirir.
Read üzv funksiyasından simvol massivinə göstərilən sayda simvolları daxil etmək üçün istifadə edilir. gcount-funksiyası axırına giriş əməliyyatında oxunan simvolların sayı haqqında məlumat verir. Aşağıdaki proqramda istream sinfinin read və gcount funksiyalarının ostream sinfinin write funksiyasının istifadə olunması qaydası göstərilmişdir. Proqram read funksiyası vasitəsi ilə buffer massivinə 20 simvol oxuyur, gcount funksiyası vasitəsi ilə daxil edilən simvolların sayı hesablanır və write funksiyası vasitəsi ilə buffer simvollar massivi çıxışa verilir.
//Read, write və gcount funksiyalarından istifadə etməklə
//formatlaşmayan giriş-çıxış
#include using namespace std; int main( ) {const int size=80; char buffer[size]; //simvolları buferə daxil etmək üçün read funksiyasından istifadə
cout<<”cümləni daxil edin:”< cin.read(buffer, 20); //buferdə olan simvolları əks etdirmək üçün write //funksiyasından istifadə
cout< cout.write(buffer,cin.gcount( )); cout< return 0; } Nəticə:
Cümləni daxil edin:
Tətbiqi riyaziyyat və kibernetika fakultəsi
Daxil edilən cümlə
Tətbiqi riyaziyyat