Vi fəsil. C++ dilində proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə10/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   6   7   8   9   10   11   12   13   ...   74
Alqoritmik dillər(C kitab) (10)

A

B

!A

A&&B

A||B

T

T

F

T

T

T

F

F

F

T

F

F

T

F

F

F

T

T

F

T
Cədvəldə əməllər üstünlük dərəcəsinin azalma sırasına görə düzülmüşdür. Məsələ, 0 bərabərsizliyi C++ dilində 0 məntiqi ifadəsi şəklində yazılır. Göründüyü kimi müqayisə əməllərini ayırmaq üçün dairəvi mötərizədən isstifadə edilməmişdir. Çünki, C++ dilində müqayisə əməllərinin üstünlük dərəcəsi dizyunksiya və konyuksiya əməllərinin üstünlük dərəcəsindən böyükdür. Məntiq və müqayisə əməllərinin üstünlük dərəcəsinin azalma sırasına görə düzülüşü aşağıdaki kimidir:
!
> < >= <=
& &
| |
Bunlardan əlavə C++ dilində mərtəbə-mərtəbə yerinə yetirilən məntiq əməlləri də vardır. Bu əməllər operandların daxili təsviri olan ikilik mərtəbələrin bir cütü üzərində yerinə yetirirlər. Bu əməllərə bitlərlə olan məntiqi əməllər deyilir. Belə məntiqi əməllər aşağıdakilardır:
& - mərtəbəli konyuksiya (və),
| - mərtəbəli dizyunksiya (və ya),
^ - mərtəbəli istisna edən və ya,
~ - mərtəbəli inkar.
Mənimsətmə əməli. Mənimsətmə (=) operator deyil, əməldir. Paskaldan fərqli olaraq bir neçə yerdə işlənə bilər.
Məsələ,
a=b=c=x+y;
Mənimsətmə əməli ən aşağı üstünlük dərəcəsinə malikdir. Bu o deməkdir ki, ifadədə bir neçə ardıcıl mənimsətmə əməli iştirak edirsə bu əməllər sağdan sola doğru yerinə yetirilirlər. Yuxarıdaki yazılışda əvvəlcə toplama əməli yerinə yetirilir, sonra isə alınan cəm c-dəyişəninə mənimsədilir, sonra bu qiymət b-dəyişəninə, daha sonra isə a-dəyişəninə mənimsədilir.
C++ dilində digər əməllərin yerinə yetirilməsi ilə əlaqədar olan mənimsətmə əməli də vardır. Bu əməllərə + =, - =, / =, * =, % = əməlləri aiddir. Bunların üstünlük dərəcəsi də sadə mənimsətmə əməlinin üstünlük dərəcəsi kimidir. Bu əməllərin istifadə olunmasına aid misallar:
a + = 2; ekvivalentdir a = a+2,
x - = a+b; ekvivalentdir x=x-(a+b),
p/ = 10; ekvivalentdir p=p/10,
m * = n; ekvivalentdir m=m*n,
r % = 5; ekvivalentdir r=r % 5.
Qeyd edək ki, birinci yazılışlar daha sürətlə yerinə yetirilir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin