Continue operator Əgər dövr operatorunun növbəti addımını yekunlaşdırmaq lazımdırsa, onda continue operatorundan istifadə etmək olar. Aşağıdaki proqram fraqmentində 100-ə qədər olan cüt ədədlərin ekrana verilməsi təmin olunur:
for(i=1;i<=100;i++) {if(i%2)continue;cout<<”\t”< i-dəyişəninin tək qiymətlərində 2-y bölünəndən sonra alınan qalıq vahid olduğuna görə nəticə “doğru” kimi qəbul olunur və continue operatoru yerinə yetirilir. Bu operator dövrün növbəti addımını yerinə yetirir və dövrün sonraki addımına keçidi təmin edir.
Goto operatoru Goto operatoru demək olar ki, bütün yüksək səviyyəli dillərdə mövcuddur. Struktur proqramlaşdırma nöqteyi-nəzərindən bu operatordan istifadə etmək əlverişli deyildir.
Operatorun formatı:
Goto nişan; Nişan qeyd olunan operatordan əvvəl yazılan identifikatordur və ondan sonra :- işarəsi qoyulur. Bəzi hallarda goto operatorundan istifadə etmək əlverişli olur. Məsələ, bir-birinə daxil olan dövrlərdə vaxtından əvvəl dövrdən çıxmaq zəruri olan hallarda goto operatorundan istifadə etmək olar:
for(…) {while(…) {for(…) {… go to exits…} } } exit:cout<<”dövrdən çıxmaq”; Şərtsiz keçid operatorundan istifadə edən zaman aşağıdaki məhdudiyyətləri nəzərə almaq lazımdır:
if...else operatorunun daxilinə idarəni vermək olmaz;
seçmə operatorunun daxilinə idarəni vermək olmaz;
dövrün daxilinə idarəni vermək olmaz.
Məsələlər 3 dəyişənin artma sırasına görə proqram yazın:
Aşağıdaki menyunu ekrana çıxaran proqram yazın:
1.Birinci
2.İkinci
3.Üçüncü
Bu menyunun seçilməsindən asılı olaraq aşağıdaki yazılardan birini ekrana verin
“su”, “sok”, “kompot”, “heç biri”. Proqramı 2 variantda yazın: if operatorundan istifadə etməklə və seçmə operatorundan istifadə etməklə.
İlkin verilənlərin aşağıdaki bütün variantlarında ax +bx+c=0 kvadrat tənliyinin həlli üçün proqram tərtib edin:
a=0, b=0, c=0;
a=0, b=0, c 0;
a=0, b 0;
a 0, D 0 (D-diskriminant);
a 0, D<0.
Hər bir variantda uyğun həlli və ya məlumatı ekrana verin.
while, do while, for operatorlarından istifadə etməklə x [0, ], h=0,1 olduqda y=sinx funksiyasının qiymətlər cədvəlini ekrana verən proqram yazın.
Aşağıdaki sıra 10 -i aşmayan hədlərini hesablayan və nəticəni ekrana verən proqram yazın