6.2. Verilənlərin tipləri
Verilənlərin tipləri anlayışı proqramlaşdırma dilləri üçün vacib anlayışlardan biridir. Verilənlərin tipi anlayışı proqramlaşdırma dillərində verilənlərin strukturunu müəyyən edir. Proqramda istifadə olunan dəyişənlər hər hansı bir tipə aid olmalıdır. Dəyişənin aid olduğu tip dəyişənin ala biləcəyi qiymətlər çoxluğunu və yaddaşda tutduğu yaddaş sahəsinin həcmini və onun üzərində aparıla biləcək mümkün əməliyyatları göstərir. Proqramda istifadə olunan dəyişənlərin hansı tipə aid olduqları göstərilməlidir. -da verilənlərin tipləri aşağıda göstərilən sxemdəki kimidir:
-dilində 4 baza hesabı və ya ədədi tip vardır. Onlardan ikisi-char və int tam ədədlərin təsviri üçün, ikisi isə-float və double sürüşən nöqtəli ədədlərin tipini göstərmək üçün istifadə edilir.
Bunlardan əlavə proqramda bu tiplərin modifikasiyalarından və modifikatorlardan istifadə olunur. Ölçünü göstərən 2 modifikatordan-short(qısa) və long(uzun), işarəni göstərən 2 modifikatordan-signed(işarəli) və unsigned(işərasiz) – istifadə olunur. İşarəli modifikatorlar ancaq tam tiplərə tətbiq olunur. Cədvəl 6.2.1-də hesabi tiplər, onların qiymətlər diapozonu və yaddaşda tutduqları yer göstərilmişdir. int və unsigned int tiplərinin ölçüsü dilinin kompilyatorunun hansı əməliyyat sistemində işləməsindən asılıdır. 16-mərtəbəli əməliyyat sistemlərində bu tiplərə 2 bayt, 16-mərtəbəli əməliyyat sistemlərində isə 4 bayt(windows) uyğundur.
Cədvəl 6.2.1
Verilənlərin tipləri
|
Ölçüsü
(baytla)
|
Qiymətlər diapozonu
|
Tipin ekvivalent adları
|
Char
|
1
|
-128...+127
|
Signed Char
|
Int
|
2/4
|
Sistemdən asılıdır
|
Signed, Signed int
|
Unsigned Char
|
1
|
0...255
|
Yoxdur
|
Unsigned int
|
2/4
|
Sistemdən asılıdır
|
Unsigned
|
Short int
|
2
|
-32768...32767
|
Short, Signed Short int
|
Insigned Short int
|
2
|
0...65535
|
Unsigned Short int
|
long int
|
4
|
-2147483648...+2147483647
|
Long, Signed long int
|
Unsigned long int
|
4
|
0...4294967295
|
Unsigned long
|
Float
|
4
|
(3.4E-38...3.4E+38)
|
Yoxdur
|
Double
|
8
|
(1.7E-308...1.7E+308)
|
Yoxdur
|
Long Double
|
10
|
(3.4E-4932...1.1E+4932)
|
Yoxdur
|
6.2.1-cədvəlini analiz edərək aşağıdakı nəticəni almaq olar:
-əgər baza tipi göstərilməyibsə susma prinsipinə görə int başa düşülür;
-əgər işarə modifikatoru göstərilməyibsə signed başa düşülür;
-float tipində modifikator tələb olunmur;
-short modifikatoru ancaq int tipinə tətbiq olunur.
Char tipli dəyişən konteksdən asılı olaraq həm simvol, həm də tam ədəd qiymətini ala bilər.
dilinin əvvəlki versiyalarında baza tip kimi məntiqi tip yoxdur. Bunun üçün tam tiplərdən istifadə olunur. Əgər məntiqi ifadənin qiyməti sıfırdan fərqlidirsə “doğru”, 0-isə “yalan” hesab olunur. Lakin dilinin son versiyalarına bool adlı məntiqi tip əlavə edilmişdir. dilində tiplərinə təsvirinə aid misallar:
char s1, s2;
unsigned char c1;
int n,m;
unsigned long l;
float x1, x2, x3;
double b1,b2;
long double max1, max2;
Dəyişənlərin təsvirində onlara başlanğıc qiymətlər vermək mümkündür. Bu əməliyyat dəyişənlərin inisializasiyası adlanır. Dəyişənlərin inisializasiyasına aid misallar:
float pi=3.14159, C=1.23;
unsigned int year=2013;
Dostları ilə paylaş: |