Göstəricilər üzərində əməllər. Göstəricilərin funksiyanın parametrləri kimi istifadə olunması İfadə və operatorlarda göstəricilərin qiymətlərinin dəyişməsi tipin ölçüsünə uyğun olmalıdır.
Bu qaydanı yuxarıda göstərilən göstəricilər üçün nümayiş etdirək.
pti=pti+2; və ya pti++; Bu operatorların yerinə yetirilməsi nəticəsində pti-göstəricisinin qiyməti 2 vahid artır və FFC2-qiymətini alır. pti-- operatorunun yerinə yetirilməsi nəticəsində göstəricinin qiyməti 2 vahid azalır və FFBE-yə bərabər olur.
Digər tipə malik olan göstəricilər üçün də yazmaq olar:
ptc++; göstəricinin qiymətini 1 vahid artır;
ptf++; göstəricinin qiyməti 4 vahid artır.
Funksiyanın parametrlərinin ötürülməsi üçün də göstəricilərdən istifadə etmək olar.
Yuxarıda biz ancaq müraciət edən proqramın faktiki parametrlərinin müraciət edilən funksiyanın formal parametrlərinə bir tərəfli ötürülməsinə baxmışdıq. Qaytarılan qiyməti funksiya özü müəyyən edir. Buradan belə alınır ki funksiyanın yerinə yetirilməsi zamanı müraciət edən proqramdaki dəyişənlərin qiymətlərini dəyişmək olmaz. Funksiyaların parametrləri olaraq göstəricilərdən istifadə etməklə bu qaydanı nəzərə almamaq olar.
Aşağıdaki misalda swap( ) funksiyası göstəricilərlə verilən iki dəyişənin qiymətlərinin dəyişməsini təmin edir:
void swap(int*a, int*b) {int c; c=*a; *a=b; *b=c; } Əsas proqramda isə aşağıdaki fraqment vardır:
int x=1, y=2; swap(&x, &y); cout<<”\nx=”< Nəticədə ekranda aşağıdaki qiymətlər görsənəcək:
x=2 y=1 -yəni x və y dəyişənlərinin qiymətləri dəyişdi. Funksiyaya müraciətdən sonra agöstəricisi x-dəyişəninin ünvanı alır, b-göstəricisi y-dəyişəninin ünvanını alır. Bundan sonra əsas proqramda x-dəyişəni və *a göstəricisi yaddaşın eyni bir oyuğu ilə əlaqələndirilir. Eləcə də y və *b.