6.3. C++ dilində giriş-çıxış vasitələri C++ dilində proqram tərtib edən zaman C-nın standart kitabxanasında olan giriş-çıxış (scanf, printf) vasitələrindən istifadə etmək olar. Bu halda - başlıq faylını proqrama qoşmaq lazımdır (#include -direktinin vasitəsi ilə). Lakin C++ dilinin özünün spesifik giriş və çıxış vasitələri vardır. Bu vasitələr faylı ilə proqrama birləşdirilir. Bu vasitələr yerləşən kitabxanada obyekt olaraq aşağıdaki adlarla olan simvollar axını təyin olunmuşdur:
cin – klaviaturadan standart simvollar axınını qəbul etmək üçün;
cout – ekrana standart simvollar axınını vermək üçün.
Verilənlərin daxil edilməsi zamanı cin axınından qiymət götürülür və uyğun dəyişənə mənimsədilir. Giriş axınından simvolların götürülməsini >> - işarəsi müəyyən edir. Məsələ, x – dəyişəninin qiymətinin daxil edilməsi
cin >> x;
operatoru vasitəsi ilə yerinə yetirilir.
Verilənlərin çıxışı zamanı isə cout standart axınına çıxışa verilən dəyişənin qiyməti yerləşdirilir. İkiqat dırnaq arasında olan mətn və ifadənin qiyməti də çıxışa verilə bilər. Axında yerləşdirmə əməlinin işarəsi belədir: <<.
Məsələ, cout << a+b cout << “\nnəticə=” << y; cout << “x=” << x << “y=” < Çıxışa verilən hər bir elementdən əvvəl << - işarə qoyulmalıdır. end l – elementi kursorun yeni sətrə keçdiyini göstərir (\n – simvolunun müəyyən etdiyi əməliyyata oxşadır). Göründüyü kimi çıxış operatorunda idarəedici simvollardan da (printf - ə oxşar olaraq) istifadə etmək olar. Aşağıdaki idarəedici simvollar çıxış operatorunda yazıla bilər:
\n – yeni sətrə keçilməsi;
\t – üfiqi tabulyasiya;
\r – kursoru yeni sətrin başlanğıcına gətirilməsi;
\a – siqnal;
\b – bir simvol geriyə qayıtmaq;
\f – yeni səhifəyə keçmək;
\v – vertikal tabulyasiya.
Bunlardan əlavə, çıxış operatorunda çıxışa verilən dəyişənin qiymətinin xarici görünüşünü müəyyən etmək üçün format spesfikatorundan da istifadə etmək olar. Bunun üçün aşağıda göstərilən spesfikatorlardan istifadə edilir:
%f – dəyişənin qiyməti ekrana qeyd olunmuş nöqtəli həqiqi ədəd kimi verilir;
%c – dəyişənin simvol olduğunu göstərir;
%s – dəyişənin sətir olduğunu göstərir;
%d – dəyişənin tam onluq ədəd olduğunu göstərir (int tipi);
%u – işarəsiz onluq tam ədədi (unsigned tipi) göstərir;
%e – sürüşkən nöqtəli həqiqi ədədi müəyyən edir.