Vi fəsil. C++ dilində proqramlaşdırma


Strukturlar, onların təsviri və elementlərinə müraciət edilməsi



Yüklə 1,02 Mb.
səhifə44/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   40   41   42   43   44   45   46   47   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6.32.Strukturlar, onların təsviri və elementlərinə müraciət edilməsi
C++ dilində struktur anlayışı Pascal dilində yazı(rekord) anlayışına oxşardır. Müxtəlif tipə malik olan elementlər yığımını struktur tip şəklində təyin etmək olar. Struktur tipi informasiya sistemlərinin və verilənlər bazasının hazırlanmasında daha çox istifadə olunur.
Tutaq ki, tələbələrə təqaüd verilməsi haqqında məlumat aşağıdaki kimi təyin olunmuşdur:

Bu strukturun elementləri (familiya, kurs, qrup, təqaüd) onun sahələri adlanır. Hər bir sahə ada və tipə malik olmalıdır.
Struktur tipin təsviri formatı aşağıdaki kimidir:
Struct tipin adı

{elementlərin təyini};


Yuxarıdaki missal üçün aşağıdaki kimi struktur tip təyin edə bilək:
Struct telebe {char fam[30];
int kurs;
char qrup[5];
float stip;
}
Artıq telebe adlı struktur tip təyin olundu və bunun vasitəsi ilə bu tipə malik olan bir neçə dəyişən təyin edə bilərik:
Struct telebe telebe1, telebe2;
C++ dilində struct-işçi sözünü yazmamaq da olar:
telebe telebe1, telebe2;
Burada telebe1, telebe2-struktur tipli dəyişənlərdir.
Struktur tipli dəyişənləri təsvir etməyin başqa üsulu da vardır. Belə ki, struktur tipin adını vermədən bir başa dəyişənləri təsvir etmək olar:
Struct{char fam[30];
int kurs;
char qrup[5];
float stip;
} telebe1, telebe2, *pst;

Burada iki struktur tipli dəyişəndən əlavə, bu struktur tipinə malik pst-göstəricisi də təsvir olunmuşdur. Bu təsvirdə struktur tipin adi olan telebe sözünü yazmaq da olar. Strukturun elementlərinə (sahələrinə) müraciət qaydası aşağıdaki kimidir:


Strukturun adı. elementin adı
Məsələ,
telebe1.fam; telebe1.stip; və s.
Strukturun elementləri qriş, mənimsətmə və inisiallaşdırma əməliyyatları vasitəsi ilə təyin oluna bilər. Strukturun elementlərinin inisiallaşdırılmasına misal:
telebe telebe1={“Mamedov”, 3, “TK-35”, 80};
Tutaq ki, proqramda struktur tipli aşağıdaki göstərici təyin olunmuşdur:
telebe *pst, telebe1;
Bu halda pst=&telebe1 mənimsətməsindən sonra telebe1 struktur dəyişəninin elementlərinə üç üsulla müraciət etmək olar.
Məsələ, fam sahəsi üçün:
telebe1.fam
*(pst).fam
pst fam
Axırıncı variantda strukturun elementinə müraciət etmək üçün əməldən istifadə edilmişdir.
Oxşar olaraq strukturun digər elementlərinə də müraciət etmək olar:
pst kurs, pst qrup, pst stip.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin