Vi fəsil. C++ dilində proqramlaşdırma


Massiv şəklində olan strukturlar



Yüklə 1,02 Mb.
səhifə45/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   41   42   43   44   45   46   47   48   ...   74
Alqoritmik dillər(C kitab) (10)

Massiv şəklində olan strukturlar
Strukturların sahələri də struktur tipinə malik ola bilərlər. Belə strukturlar çox səviyyəli ağacları təsvir etmək üçün istifadə edilir. Massiv şəklində olan strukturlardan da istifadə etmək olar. Məsələ, 100 tələbə haqqında məlumat massiv şəklində saxlanılır. Belə massivi aşağıdaki kimi təsvir etmək olar:
telebe telebe3[100];
Ayrı-ayrı tələbələr haqqında məlumat aşağıdaki kimi işarə edilir:
telebe3[1].fam, telebe3[5].kurs və s.
Məsələ, 26-cı tələbənin familiyasının 1-ci hərfinə müraciət üçün telebe[25].fam[0]-yazmaq lazımdır.
Misal 1. N-tələbə haqqında məlumatı daxil edin. Ən yüksək təqaüd alan tələbənin familiyasını təyin edin.
#include
int main( )
{const int n=30; int i; float max s;
struct telebe {char fam[15];
int kurs;


char qrup[5];
float stip;
};
telebe telebe3[n];
for(i=0; i
{cout <<”\n tələbə”<
cout<<”\n familiya:”; cin>>telebe3[i].fam;
cout<<”\n kurs:”; cin>> telebe3[i].kurs;
cout<<”\n qrup:”; cin>> telebe3[i].qrup;
cout<<”\n təqaüd:”; cin>>telebe3[i].stip;
}
max s=0;
for(i=0; i
if(telebe3[i].stip>max s)max s=telebe3[i].stip;
cout<<”\n ən yüksək təqaüd”<
for(i=0; i
if(telebe3[i].stip==max s)
cout<<”\n ən yüksək təqaüd alan tələbənin
familiyası”<
}

Strukturun elementləri bitlərdən ibarət sahələr də ola bilər. Belə strukturlardan istifadə edilməsi bitlər üzərində əməliyyatlar aparmağa imkan verir. Sahəsi bitlər olan strukturun formatı aşağıdaki kimidir:


Struct strukturun adı
{tip sahə 1-in adı: bitlərin sayı;
tip sahə 2-nin adı: bitlərin sayı;
- - - - -
tip sahə n-nin adı: bitlərin sayı;
};
Sahənin tipi olaraq int, unsigned, signed spesifikatorundan istifadə edilir. Bir bit sahəsinə malik ən kiçik strukturu aşağıdaki kimi təsvir etmək olar:
Struct Birbit
{unsigned bit: 1;
}cod;
Cod dəyişəni üçün 8 bit(1 bayt) ayrılır və onun ancaq birinci biti istifadə olunur.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin