Vi fəsil. C++ dilində proqramlaşdırma


Parametrlə olan konstruktorlar



Yüklə 1,02 Mb.
səhifə54/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   50   51   52   53   54   55   56   57   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6.42.Parametrlə olan konstruktorlar
Konstruktorlar arqumentlərə də malik ola bilərlər. Bunun üçün konstruktorun elan olunmasında və təyin edilməsində zəruri parametrləri əlavə emək lazımdır. Sonra isə obyektin elan olunmasında arqument olaraq parametri vermək lazımdır. Parametrlə olan konstruktorun təşkili qaydası aşağıdaki prorqamda göstərilmişdir:
#include
using namespace std;
class myclass{
int a;
public:
myclass(int x); //konstruktor
void show( );
};
myclass :: myclass(int x)
{
cout<<”Konstruktorun daxilində\”;
a=x;
}
void myclass :: show( )

{
cout<
int main( )
{
myclass ob(4);
ob.show( );
return 0;
};
}
Burada myclass sinfinin konstruktoru bir parametrə malikdir. myclass( ) funksiyası ilə ötürülən qiymət a-dəyişənini inisializasiya etmək üçün istifadə edilir. main( ) funksiyasında ob obyekti elan olunur və dairəvi mötərizədə 4-ədədi göstərilir və bu ədəd a-dəyişənini inisializasıya etmək üçün istifadə edilir.
Konstruktordan fərqli olaraq destruktor parametrə malik olmur. Çünki bu halda obyektlərə parametrlərin ötürülməsi mexanizmi yoxdur.
Konstruktora bir neçə arqument də ötürmək olar. Aşağıdaki misalda myclass sinfinin konstruktoruna iki arqument ötürülür:
#include
using namespace std;
class myclass{
int a, b;
public:
myclass(int x, int y);//konstruktor
void show( );
};
myclass :: myclass(int x, int y)
{cout <<”konstruktorda\n”;
a=x;
b=y;
}
void myclass :: show( )
{cout <
}
int main( )
{myclass ob(4, 7);
ob.show( );
return;
}
Bu halda x-ə 4 və y-ə 7 mənimsədilir. Bu üsulla kompilyatorun imkanından asılı olaraq müxtəlif sayda arqumentləri konstruktora ötürmək olar.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin