I variant: ənənəvi C++ #include int main( ) { /* proqram kodu */ return 0; } Ənənəvi C++ dilində bütün kitabxana funksiyalarının adları və identifikatorlar bir qlobal sahədə yerləşir.
II variant:
Standart C++ #include using namespace std; int main( ) { /* proqram kodu */ return 0; } Using nameSpace Std; - operatoru std- adlı adlar fəzasını proqrama birləşdirir. Std – kitabxana funksiyaları yerləşən yaddaş sahəsinin adıdır.
Sadə struktura malik bir proqram kimi Heron düsturu vasitəsi ilə üçbucağın sahəsinin hesablanması proqramına baxaq. Üçbucağın tərəfləri a,b,c-olsun. Üçbucağın sahəsini düsturu ilə hesablayaq. Burada p-yarımperimetrdir. Məsələnin proqramı:
#include #include using namespace std; void main( ) { float a,b,c,p,s;
Cout << “\na=” ; Cin >>a; Cout << “\nb=” ; Cin >>b; Cout << “\nc=” ; Cin >>c; P=(a+b+c)/2 ; s=sqrt(p*(p-a)*(p-b)*(p-c)) ; Cout << “\n üçbucağın sahəsi=” << s; return 0; } Proqram main adlı bir əsas funksiyadan ibarətdir. Void-onu bildirir ki, bu funksiyanın qaytardığı nəticə yoxdur. Boş mötərizə isə funksiyanın arqumentlərinin olmadığını bildirir. Fiqurlu mötərizənin içərisində olan hissə funksiyanın gövdəsi adlanır. Proqramın sonrakı hissəsində dəyişənlərin təsviri və yerinə yetirilən operatorlar gəlir. Sonunda nöqtə-vergül olan istənilən ifadə operator hesab edilir. Bu tərif nöqteyi-nəzərindən i++; - operator hesab edilir. Bu operatora operator ifadə də deyilir. Sahənin hesablanması ifadəsində sqrt kitabxana funksiyalar kitabxanasına aiddir. Bu kitabxananı proqrama qoşmaq üçün #include -prosessor önü direktivindən istifadə edilir. Burada bu kitabxananın baş faylının adıdır. Baxılan proqramda Cin və Cout operatorlarından istifadə edilir. Bu operatorlar uyğun olaraq verilənlərin klaviaturadan daxil edilməsinə və ekrana verilməsinə xidmət edir. Bu operatorlar C++ dilinin giriş-çıxışının standart kitabxanasının funksiyalarına müraciəti təmin edir. Bu kitabxananın əsas faylının adı -dır. #include-direktivi vasitəsi ilə proqrama qoşulur (C dilində bir faylın adı -dır). C++ dilində ən çox istifadə olunan funksiyalara misallar:
acos(x) – arccosx asin(x) – arcsinx atgx(x) – arctgx cos(x) – cosx sinx(x) – sinx exp(x) - e tg(x) – tgx sqrt(x) - pow(x, y) - x log10(x) – lgx log(x) - lnx fmod(x, y) – x-in y-ə tam bölünməsindən alınan qalıq fabs(x) – həqiqi ədədin mütləq qiyməti ceil(x) – x-dən kiçik olmayan ən yaxın tam ədəd floor(x) – x-i aşmayan ən böyük tam ədəd