Vi fəsil. C++ dilində proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə8/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   4   5   6   7   8   9   10   11   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6.7. Əməliyyatlar və ifadələr
Bütün proqramlaşdırma dillərində olduğu kimi dilində də ifadələr sabitlərdən, dəyişənlərdən, əməl işarələrindən, funksiya və mötərizələrdən ibarətdir. İfadə müəyyən bir qiymətin hesablanması qaydasını müəyyən edir. Əgər bu qiymət ədədi qiymətdirsə ifadə hesabi ifadə adlanır. dilində hesabi ifadələrə aid misallar:

a+b 12.5-x 2*(x+y)
x x b n*2 n* =1
Birinci üç ifadə bütün proqramlaşdırma dilləri üçün ənənəvi olan formada yazılıb. Sonraki dörd ifadə isə dili üçün spesfik yazılan ifadələrdir.
dilində ifadələrin yazılış qaydasını, qiymətlərinin hesablanması qaydasını və əməllər çoxluğunu müəyyən edək. Qeyd edək ki, bir operanda tətbiq olan əməl unar, iki operanda tətbiq olunan əməl binar əməl adlanır.
Hesabi əməllər. Hesabi əməllərə aşağıdakilar aiddir:
- çıxma və ya unar minus;
+ toplama və ya unar plyus;
* vurma;
/ bölmə;
% modula görə bölmə (Pacal-da Mod-əməlinə oxşar);
++ vahid qədər artırmaq üçün olan unar əməl (inkrement);
- - vahid qədər azaltmaq üçün olan unar əməl (dekrement).
Modula görə bölmə əməlindən başqa yerdə qalan əməllər bütün ədədi tiplərə aid olan dəyişənlərə tətbiq oluna bilər. %-əməl isə ancaq tam ədədlərə tətbiq oluna bilər.
Bölmə əməlinin yerinə yetirilmə xüsusiyyətlərinə baxaq. Əgər bölünən və bölən tam ədədlərdirsə, onda qismətdə tam ədəd olur. Bu halda /-bu əməl Pascalda div əməlinə oxşadır.

Məsələ,
5/3=2; 1/5=0
Əgər operandlardan biri həqiqi tipdirsə, nəticə də həqiqi tipə malik olacaq. Məsələ,
5./3, 5./3., 5/3.
əməlləri eyni bir nəticəyə - (1.6666)- malik olacaq.
İnkrement və dekrement əməlləri ancaq dəyişənlərə tətbiq oluna bilər, sabitlərə və ifadələrə tətbiq oluna bilməz. Hər iki əməl dəyişəndən sonra (postfiks forma) və ya dəyişəndən əvvəl yazıla bilər (prefiks forma).

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin