Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT



Yüklə 126,39 Kb.
səhifə10/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
1   ...   7   8   9   10   11   12   13   14   15
İqtisadiyyat 7 fesil (seh 108-133)

Ümumi xərclər (total costs - TC) – müəssisənin, şir­kə­­tin məh­sul istehsalı üçün zəruri olan bütün xərclərinin cəmidir. Sabit və dəyişən xərclərin cəmi ümumi xərclərdir.
Orta xərclər (average costs - AC) – istehsal olun­muş hər məh­sul vahidinə çəkilən xərclərdir. Bu xərclər ümumi istehsal xərclərinin məhsulun ümumi həcminə nisbəti kimi hesablanır.
İqtisadi nəzəriyyədə son hədd xərcləri, alternativ xərclər transaksion xərclər anlayışlarına da rast gəli­rik.
Son hədd xərcləri – növbəti əlavə məhsul istehsalı (məsələn 1000 ədəddən çox paltar, 10 tondan artıq çörək, 100 min metrdən çox parça) ilə bağlı ümumi xərclərin artan kəmiyyətini göstərir. Bu xərclərin öyrənilməsi, müəs­sisə və şirkətin təsərrüfat fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edərək, hər hansı bir istehsalın optimal, səmərəli variantını müəyyən edir.
Hər bir firma bilmək istəyir ki, nə qədər məhsul istehsal edib ba­zara çı­xar­maq lazımdır. Son hədd xərcləri bir məhsul vahidinə əlavə resurslar sərf edildiyi halda məhsul buraxılışının həcminin dəyişməsi ilə müəyyən olunur. Aydındır ki, əlavə resurslar sərf edildikdə istehsalın həcmi dəyişəcəkdir. Ancaq bu zaman sabit xərc­lər dəyişməyəcək və dinamikası dəyişən xərclərin hesabına olacaqdır.
İstehsalın alternativ xərcləri – təsərrüfat həyatının hansı sa­hə­lərindən eyni xərclərlə daha səmərəli iqtisadi fəaliyyət göstəril­məsinin iqtisadi cəhətdən əlverişli seçi­mi­ni müəyyənləşdirməyə imkan verir. Konkret bir təsər­rü­fat sahəsinə çəkilmiş xərclər, həmin məbləğin başqa sa­hə­lərə yönəldildiyi halda verdiyi səmərə, yaxud itkilərlə müqayisə olunmalıdır. Məsələn, kimya və neft sənayesinə yönəl­di­lən sərmayələrin kənd təsərrüfatına və balıqçılığın inkişa­fı­na qoyulması, yaxud bu problemin ətraf mühitə, eko­lo­giyaya təsiri alternativ xərclər prinsipi əsasında öyrənilib, həyata keçirilməlidir.
Transaksion xərclər – bazar subyektləri (agentlə­ri) arasındakı alqı-satqı sövdələşmələrinə sərf olunmuş xərc­lərin məbləğidir. Geniş mənada bu xərclər hər bir iqtisadi sistemin əlavə xərcləri, dar mənada isə bazar isti­rak­çıla­rı­nın öz aralarındakı münasibətləri tən­zimləyib yo­lu­na qoy­maq üçün çəkdikləri müəyyən konkret xərclər­dir. Bu xərc­lər bazar iqtisadi sisteminin qeyri-kamilliyi, nöqsanları, obyektiv-subyektiv xarakterli çətin­lik­ləri ilə bağlıdır.



Yüklə 126,39 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin